Saturday 10 May 2014

Falling Clouds

Falling Clouds (flesh)
Müəllif: Owen Dwyer (odwyer@gmail.com) 


Falling Clouds - "Yerə düşən buludlar" bir mini flash oyunudur. İngilis dilində cümlə quruluşunun mənimsənilməsinə yardım edir. Bulud fiqurları içərisində sözlər pərakəndə halda (mübtəda istisna olmaqla) təqdim edilir. Qısa bir vaxt ərzində "siçan"ın sol düyməsini sıxmaqla sözlərin yerini dəyişib, cümlələri qurmaq lazımdir. Başqa təqdirdə, "buludlar" - sözlər elə təqdim edildiyi şəkildə yerə düşəcəklər və yalnız oyunun sonunda ehtiyat vaxtınız qalacağı təqdirdə bu sözləri yenidən düzmə şansınız olacaq. Oyun sadədən mürəkkəbə doğru mərhələlərdən ibarətdir. Hər mərhələ arasında hərflərinin yeri dəyişik verilmiş bir sözü tapmaq lazımdır ki, bu da sizə əlavə ballar qazandırır.
Faydalı əyləncələr!

Oyunu buradan yükləyin

Click here to download

0 comments:

Post a Comment

Ads 468x60px

Social Icons

Featured Posts