Subject-Verb Agreement – Mübtəda –xəbər uzlaşması
Bu uzlaşmadakı səhfləri tapmaq
üçün doğru mübtədanı və xəbəri müəyyənləşdirmək tələb olunur.
ƏSAS ƏLAMƏT:
Tək halda olan mübtəda tək halda olan xəbərlə, cəm halda olan mübtəda isə cəm halda olan xəbərlə uzlaşır.
Tək halda olan mübtəda tək halda olan xəbərlə, cəm halda olan mübtəda isə cəm halda olan xəbərlə uzlaşır.
Məsələn: The list of participants is/are on the desk. – İştirakçı\ların siyahısı
masanın üstündədir.
Əgər siz bu cümlədə “list”-in mübtəda olduğunu bilsəz, xəbər olaraq “is”-I seçmiş olarsız.
ƏLAMƏT 1:
Mübtəda “of”sözönü ilə başlayan ifadələrdən öndə gəlir. Bu, mübtədaları başa düşmək üçün əsas əlamətdir. Çünki mübtəda-xəbər uzlaşmasındakı səhflərin 90 %-I bu sözönündən qaynaqlanır.
Mübtəda “of”sözönü ilə başlayan ifadələrdən öndə gəlir. Bu, mübtədaları başa düşmək üçün əsas əlamətdir. Çünki mübtəda-xəbər uzlaşmasındakı səhflərin 90 %-I bu sözönündən qaynaqlanır.
Məsələn:
·
Xətalı: A bunch of ripe bananas lend fragrance to the room.- Bir dəstə dəymiş banan otağa
xoş ətir verilər.
·
Doğru: A bunch of ripe bananas lends fragrance to the room. – Bir dəstə dəymiş banan otağa xoş ətir verir. (bunch
lends, not bananas lend)
ƏLAMƏT 2: “Or” və “either\or” və ya “neither\nor” qoşa bağlayıcılarla birləşmiş iki mübtəda tək halda olan
xəbərlə uzlaşır..
Məsələn:
·
My father or my mother is arriving by train today.- Ya atam, ya da anam bu gün qatarla
gəlir.
·
Neither Aycel nor Ayan is available.- Nə Aysel, nə də Ayan ortalıqda deyil.
·
Either mother or sister is helping today with her
homework. – Nə anası , nə də bacısı bu gün ona ev tapşırığını ilə bağlı kömək
etməyəcək.
ƏLAMƏT 3: “Or” və “either\or” və ya “neither\nor” bağlayıcıları ilə əmələ
gələn cümlələrdə xəbər özünə mövqecə ən yaxın olan mübtəda ilə uzlaşır. (Proximity rule – Yaxınlıq qaydası)
Məsələn:
·
Neither the plates nor the serving bowl goes on that shelf. – Nə boşqablar, nə də tabaq o rəfə sığmır.
·
Neither the
serving bowl nor the plates go on that shelf. – Nə tabaq, nə də
boşqablar o rəfə sığmırlar.
Ancaq bu qayda ingilis dilində bəzi yöndəmsiz cümlələrin
yaranmasına səbəb olur.
Məsələn:
·
Neither she, my friends, nor I am going to the meeting. - Nə o, nə dostlarım, nə də mən iclasa getmirəm.
Bu cümlə qrammatik
baxımdan doğru olsa da, estetik baxımdan yöndəmsizdir. Məsləhətdir ki, bu cür
cümlələrə struktur düzəlişi edilsin.
Məsələn:
·
Neither she, I, nor my friends are going to the meeting. – Nə o, nə mən, nə də dostlarım iclasa
getmirik.
Və ya:
She, my friends, and I are not going to the meeting. – O, dostlarım və mən iclasa getmirik.
ƏLAMƏT 4: Cümlədə iki və daha artıq mübtəda varsa və onlar “and”
bağlayıcısı ilə birləşmişlərsə, xəbər cəm halda olur.
Məsələn:
·
A car and a bike are my means of
transportation.- Avtomobil və velosiped mənim nəqliyyat vasitələrimdir.
Bu istisnaları unutmayın:
·
Breaking and entering is against the law.- Sındırıb, içəri girmə qanuna
ziddir.
Bu cümlədəki breaking and entering ifadəsi mürəkkəb isimdir.
ƏLAMƏT 5: Bəzən mübtəda xəbərdən “ along with”, “as well as”,” besides”,” not” kimi söz və ifadələrlə ayrılır. Bu söz və ifadələr mübtədanın
tərkib hissəsi deyil. Onları görməzdən gəlin və əgər mübtəda tək haldadırsa,
xəbəri də tək halda işlədin.
Məsələn:
·
The teacher, along
with the students, was called to the
principal’s office. – Müəllim şagirdlərlə yanaşı direktorun otağına
çağırıldı.
·
Excitement, as well
as nervousness, is the main cause of her illness. – Həyəcan,
həmçinin əsəbilik, onun xəstəliyinin əsas səbəbidir
ƏLAMƏT 6: Bu, demək olar ki, Əlamət
1-in tərsidir. “Of” sözönü porsiya
bildirən—percent, fraction, majority, some, all, və s.— kimi sözlərlə
işləndikdə, “of” sözönündən sonra gələn isim cümlənin mübtədasına çevrilir və
əgər bu isim tək haldadırsa, xəbər də tək halda olur. Bu isim cəm halda olarsa,
xəbər də cəm hala düşür.
Məsələn:
§ Fifty percent of the pie has disappeared. – Piroq 50 % yoxa çıxıb.
§ Fifty percent of the pies have disappeared.- Piroqlar 50 % yoxa çıxıb\lar.
§ A third of the city is unemployed. – Şəhər üçdə- bir işsizdir.
§ A third of the people are unemployed. – İnsanlar üçdə-bir işsizdir\lər.
§ All of the cake has been eaten. – Bütün tort yeyilib.
§ All of the cakes have been eaten. – Bütün tort kəsikləri yeyilib\lər.
§ Some of the pie is missing. – Piroqun bir hissəsi\qədəri əksikdir (kəsilib, yeyilib və s).
§ Some of the pies are missing. – Piroqların bəzisi\bir neçəsi əksikdir\lər.
ƏLAMƏT 7: Məsafə, zaman kəsiyi, pul məbləği və bu kimi digər ifadələr cəm halda
olmalarına baxmayaraq,, bir bütünlük, birlik mənası verirsə, xəbər tək halda
işlənir.
Məsələn:
·
Three miles is too far to walk. – Üç mil piyada getmək üçün çox
uzaqdır.
·
Five years is the maximum sentence
for that offense. – Beş il bu cinayətin maksimum cəzasıdır.
·
Ten dollars is a high price to
pay. – Qiymət üçün
10 dollar yüksək bir məbləğdir.
Dəyişik salmayın:
·
Ten dollars (i.e., dollar
bills) were scattered on the
floor. – On dollar
(10 ədəd 1 dollarlıq əskinaz) döşəmənin üstünə səpələnmişdi.
ƏLAMƏT 8: Bəzi kollektiv isimlər (family, couple, staff, audience, etc.) cümlədəki funksiyalarından asılı olaraq gah tək, gah da cəm
halda olan xəbərlə uzlaşırlar.
Məsələn:
·
The staff is in a meeting. – Heyət iclas keçirir.
·
Staff is acting as a unit. – Heyət vahid bir komanda kimi fəaliyyət göstərir.
·
The couple disagree about disciplining their child. – Evli cütlük uşaqlarının
tərbiyəsi ilə bağlı fərqli fikirdədirlər.
·
The couple refers to two people who are acting as individuals. – Cütlük – bir fərd kimi fəaliyyət
göstərən iki nəfərdir.
Qeyd: Kollektiv
isimləri işlədərkən cümlələrin ahənginin pozulmamasına diqqət etmək lazımdır.
Belə bir nümunəyə baxaq:
·
The staff is deciding how
they want to vote – Heyət necə səs verəcəklərini
qərarlaşdırır
Diqqətli
yazarlar və müsahiblər staff ismi ilə bağlı is və they ifadələrini bir arada
işlətməkdən qaçarlar Mümkün olduqca bu
cür cümlələri düzəliş edib, yenidən yazmaq məsləhətdir.
Ahəngli:
·
The staff are deciding how
they want to wote. – Heyət necə səs verəcəklərini
qərarlaşdırırlar.
Daha doğrusu:
·
The
staff members are deciding how they want to vote. – Heyət üzvləri necə səs verəcəklərini
qərarlaşdırırlar.
ƏLAMƏT 9: Arzu və ya gerçəyə zidd olan halları ifadə edən cümlələrdə “were” ifadəsi “was” ifadəsini əvəz edir.
Məsələn:
·
If Anar were here, you'd be
sorry. – Anar burda olsaydı, sən üzülərdin.
Bu cümlədə Anar
mübtədasından sonra uzlaşma normalarına əsasən
was xəbəri gəlməli idi. Ancaq
cümlədən bəllidir ki, Anar faktiki olaraq burda deyil. Yəni gerçəyə zidd olan
bir haldan söhbət gedir. Odur ki, burda “was” deyil, “were” işlənir. Bu cümlə feilin lazım şəklini (Subjunctive mood) nümayiş etdirir. İngilis
dilində feilin bu şəkli tək halda olan mübtədaları adətən cəmdə işlənən
xəbərlərlə uzlaşdırır.
Digər nümunələr:
·
I wish it were Friday. – Mən istərdim ki, indi cümə olsun.
·
Arzu requested
that he raise his hand. – Arzu ondan əlini qaldırmğı xahiş etdi
Birinci nümunədə fakt deyil arzuedilən bir bəyanat ifadə olunur.
Buna gorə də adətən cəm isimlərlə işlənən “were” feili tək halda olan “Friday” mübtədası ilə uzlaşdırılıb.
İkinci nümunədə “he raise” ifadəsi qəribə səslənərdi. Ancaq burda da bir xahiş ifadə
olunmaqdadır. Odur ki, ifadə doğrudur.
Qeyd: Qeyri-rəsmi danışıq dilində feilin lazım şəkli (subjunctive mood) öz əhəmiyyətini itirib. Ancaq rəsmi danışıq dilində və yazıda hələ də işlədilməkdədir.
Qeyd: Qeyri-rəsmi danışıq dilində feilin lazım şəkli (subjunctive mood) öz əhəmiyyətini itirib. Ancaq rəsmi danışıq dilində və yazıda hələ də işlədilməkdədir.
Bu dərsdən öyrəndiklərinizi yoxlamaq üçün testə baxın.
Yeni-yeni dərslərədək )
Əla yazılıb təşəkkürlər 😃
ReplyDeleteCok sağol canım benim
DeleteSalam
ReplyDeletehemişe toyda qaqaş
ReplyDeleteSalam
ReplyDelete