1. İngilis dilində ən çox
işlənən hərf “e”-dir.
2. İngilis dilində ən çox
işlənən sait “e”-dir, sonra “a”.
3. İngilis dilində ən çox
işlənən samit “r”-dir, sonra “t”.
4. Müasir ingilis dilində
yalnız iki söz “-gry” sonluğu ilə bitir. Bunlar “angry” və “hungry” sözləridir.
5. “Bookkeeper” sözü özünün
assosiativ elementi olan “bookkeeping” sözü ilə bərabər üç qoşa hərf
birləşməsini ardıcıl şəkildə ehtiva edən yeganə sözdür ki, tiresiz yazılır.
İngilis dilində bu qəbildən olan digər sözlər hamısı (məs:
"sweet-toothed") dürüst oxuna bilməsi üçün tire ilə yazılır.
6. "Triskaidekaphobia"
sözü “13 rəqəmi qorxusu” mənasında işlənir. Bu mövhumat "paraskevidekatriaphobia"
– “ayın 13-ü cümə qorxusu” anlamı ilə
yaxından əlaqəlidir.
7. İngilis dilində “s” hərfi
ilə başlayan sözlər digər hərflərlə başlayan sözlərdən daha çoxdur.
8. "Uncopyrightable"
sözü ingilis dilinin normal praktikasında bir hərfin bir dəfədən artıq
işlənmədiyi ən uzun sözdür.
9. İngilis
dili əlifbasında mövcud olan 26 hərfin hamsını özündə ehtiva edən bir cümləyə “pangram” deyilir.
Aşağıdakı cümlə ingilis dili əlifbasında mövcud olan 26 hərfin hamsını
özündə cəmləşdirir: "The
quick brown fox jumps over the lazy dog."
Çap makinaları və klaviaturaların test edilməsində adətən bu cümlədən istifadə
olunur.
0 comments:
Post a Comment