Sözönləri qısa sözlərdir (on, in, to), adətən isimlərin,
bəzi hallarda isə cerund fellərin önündə işlənir.
Hətta İngilis dilini ən yaxşı bilən qeyri-ingilislər
də sözönləri ilə bağlı çətinlik çəkir, belə ki, onların birə-bir tərcüməsi demək
olar ki, mümkün deyil. Hər hansı bir sözönü cümlədəki kontekstdən (şəraitdən)
asılı olaraq müxtəlif cür tərcümə oluna bilər.
İngilis dilində sözönlərinin hansının nə zaman və
harada işlənə biləcəyinə dair konkret bir qayda yoxdur. Sözönlərini öyrənmənin ən
yaxşı yolu onları lüğətlərdə araşdırmaq, ingilis dilində çoxlu (ədəbiyyat)
mütaliə etmək və mümkün olduqca çox sayda sözönlü frazalar (söz birləşmələri)əzbərləməkdir
Aşağıdakı cədvəl sizə ingilis dilində ən işlək
sözönlərinin istifadəsinə dair ipucları verə bilər:
Prepositions of time – Zaman
bildirən sözönləri
Preposition - Sözönü
|
Usage – İşlənməsi
|
Example – Nümunəsi
|
on
|
- days of the week or a month – zaman həftənin və ya ayın bir günü ilə, və ya konkret
bir günlə ifadə olunduqda
|
- on Monday - birinci gün,
on June 5 - iyunun 5-də
|
in
|
- months,
seasons, time of day, year
after a certain period of time (when?) – zaman günün çağları ilə (səhər, günorta, axşam), ayla, fəsillə,
illə və ya konkret bir müddət dilimi ilə ifadə olunduqda
|
- in August / in winter – Avqustda\qışda
in the morning – səhər-səhər
in 2006 – 2006-da
in an hour – bir saata\saatdan sonra
in 15 minutes – 15 dəqiqəyə\dəqiqədən
sonra
|
at
|
- for night, weekend or a
certain point of time (when?) – zaman gecə vaxtı ilə, həftə sonu ilə, və ya saatla
ifadə olunduqda
|
- at night – gecə
at the weekend – həftə sonunda
at half past nine - saat 10-un
yarısında
|
since
|
- from
a certain point of time (past till now) – müəyyən bir zamandan bəri (keçmişdən indiyədək)
|
- since 1980 – 1980-cı ildən bəri
|
for
|
- over
a certain period of time (past till now) – müəyyən bir müddət üçün (keçmişdən
indiyədək və indidən gələcəyə)
|
- for 2 years – 2 il\ildir ki\illiyinə
|
ago
|
- a
certain time in the past – müəyyən
bir zaman kəsiyindən əvvəli, keçmişi ifadə etdikdə (indidən keçmişə)
|
|
before
|
- earlier
than a certain point of time – müəyyən
bir tarixdən\vaxtdan\hadisədən əvvəli ifadə etdikdə
|
- before 2004 – 2004-dən əvvəl
before you came – sən gəlməzdən
əvvəl
|
to
|
- telling
the time – saatı söyləyərkən
“qalmaq” mənasında
|
- ten to six (5:50) – altıya 10 dəq.
qalmış
|
past
|
- telling the time – saatı söyləyərkən “keçib” mənasında
|
- ten past six (6:10) – saat 6:10-dur
və ya 6-dan 10 dəq. keçib
|
from / to / till
|
- marking the beginning and end of a period of time
– müəyyən bir zaman kəsiyinin başlanğıcını və
sonunu bildirərkən
|
- from Monday to/till Friday – 1-5 günlər
arası\1-ci gündən 5-ci günədək
|
till / until
|
- in the sense of how long something is going to last
– bir hal və ya hərəkətin nə qədər davam edəcəyini
bildirərkən
|
- He is on holiday until Friday. – O cümə
gününədək məzuniyyətdədir.
|
by
|
- in the sense of at the latest – bir hal və ya hərəkətin baş verəcəyi
və ya bitəcəyi ən gec vaxtı\tarixi
bildirərkən
- up to a certain time – bir işin müəyyən bir vaxtadək görüldüyünü\görüləcəyini
bildirmək mənasında
|
- I will be back by 6 o’clock.- Ən
geci saat 6-da qayıdıram.
- By
11 o'clock, I had\will have read five pages – Saat 11-dək 5 səhifə oxumuşdum\oxumuş olacam.
|
Salam feilden sonra gelen sozonlerini qeyd ede bilersiz?
ReplyDelete