FUN -- FUNNY
“Fun” nitq
hissəsi kimi isimdir. Bizim həzz aldığımız, bizi məmnun edən, əyləndirən bir əşya,
hadisə və ya insandır və dilimizə əsasən “əyləncə” kimi çevrilir.
Məsələn:
- Going to the park with friends is fun – Dostlarla
parka getmək xoşdur\əyləncədir.
- Have fun! – Gözəl əyləncələr arzulayıram!
“Funny” isə
nitq hissəsi olaraq sifətdir. Gülüş doğuran bir əşya, hadisə və ya insan barəsində
işlədilir və dilimizə əsasən “gülməli”, “məzəli” və ya “baməzə” kimi çevrilir.
Məsələn:
- He is a really funny man – O həqiqətən
baməzə bir adamdır
- İt is not funny, don’t laugh! – Bu gülməli deyil, gülməyin!
LAY --
LIE
Hər iki söz
qaydasız feildir.
- Lay – laid – laid
- Lie – lay – lain
Lay – sərmək, döşəmək, düzmək, yerləşdirmək,yumurtlamaq
Məsələn:
- Do you know how to lay a woodden floor? – Bilmirsiz, taxta döşəməni necə
döşüyürlər?
- Lay the pens on the table, please – Zəhmət olmazsa, qələmləri masanın
üstünə düz.
Lie – uzanmaq, yalan söyləmək (“Lie” həm də “yalan” mənasını
verməklə, isim funksiyasında işlənir)
Məsələn:
- He often tells lies – O tez-tez yalan danışır.
Bu sözlərin
karıxdırıcı olması “lie” feilinin əsasən
3 xüsusiyyətindən qaynaqlanır:
1) “Lie”-nin keçmiş sadə zaman forması
“lay”-dir, hansı ki, “lay” feilinin məsdər forması
ilə eyni cür yazılır və səslənir:
- Anar lay under a tree to sleep – Anar yatmaq üçün bir ağacın altında uzandı.
2) “Lie” “yalan söyləmək” mənasında işləndikdə qaydalı
feilə çevrilir:
- Samir lied\has lied to me about his
test results – Samir öz test nəticələri
ilə bağlı mənə yalan söylədi\söyləyib.
3) “Lie” gerund və davamedici
zaman formalarını qəbul edərkən “ie” hərf birləşməsi “y” hərfi ilə əvəz olunur:
- My elder brother doesn’t like lying in
bed after waking up – Mənim
böyük qardaşım oyandıqdan sonra yataqda
uzanmağı xoşlamır
LOSE --
LOOSE
Bu sözlər
yazılı ingilis dilində daha çox karıxdırır. Onların çox fərqli mənaları var.
“Lose”: indiki sadə zaman feilidir. Keçmiş sadə zaman və keçmiş feili-sifət formaları “lost” - dur. “Lose” feilinin iki mənası var: itirmək və uduzmaq\məğlub olmaq.
Məsələn:
“Lose”: indiki sadə zaman feilidir. Keçmiş sadə zaman və keçmiş feili-sifət formaları “lost” - dur. “Lose” feilinin iki mənası var: itirmək və uduzmaq\məğlub olmaq.
Məsələn:
- Try not
to lose this wallet, all
our money is in it. – Çalış bu dağarı itirmə, bütün pullarımız bunun
içindədir.
- I always lose in gambling. I’m not lucky. – Mən həmişə qumarda uduzuram. Mənimki gətirmir.
“Loose” isə nitq hissəsi olaraq sifətdir.
Mənası “boş”
və ya “lax”
deməkdir. “Dar”,
“sıx”
və “kip”
antonimləridir.
- His coat is rather loose because he is very thin. – Onun paltosu əyninə olduqca boş oturur, çünki, o çox cansızdır.
MADE OF
-- MADE FROM
Hər iki
ifadə bir əşyanın və ya məhsulun hər hansısa bir materialdan hazırlandığını
bildirmək üçün işlədilir. Bu ifadələrin işlədilməsindəki tək və əsas fərq isə əşyanın\məhsulun
hazırlanmasında istifadə olunan materialın hazırlanma prosesi sonunda öz
formasını qoruyub saxlaması ilə bağlıdır.
Bir məhsulun
hazırlanmasında istifadə olunan mənbə material proses sonunda əsaslı bir dəyişikliyə
məruz qalmırsa və öz formasını\görünüşünü qoruyub saxlayırsa, bu zaman “made of”
ifadəsi keçərli olur.
Məsələn:
- There is a house in Ganja which was made of bottles.
– Gəncədə butulkalardan tikilmiş bir ev var.
- Many construction products seem to be made of plastic nowadays. – Görünür ki, indi bir çox tikinti materialları plastikdən
hazırlanır.
Bu
cümlələrin təsvir etdiyi vəziyyətlərdə butulka da, plastik də öz formalarını dəyişməyiblər
və onlara bir az aralıdan baxdıqda da, yaxına gəlib toxunduqda da butulka və plastik
olduqları bilinir.
Hazırlanma
prosesində mənbə material öz formasını əsaslı şəkildə dəyişmişsə, necə deyərlər,
“tanınmaz hala” düşmüşsə, o zaman “made from” ifadəsi keçərli olur.
Məsələn:
- Bread is made from flour. – Çörək
undan hazırlanır.
- Paper is made from wood. – Kağız ağacdan hazırlanır.
EFFECTIVE – EFFICIENT
Hər iki söz
sifətdir.
“Effective” – arzu
olunan bir nəticəni əldə etməklə və ya nəzərdə tutulana nail olmaqla bağlı işlədilən
bir ifadədir və dolayısı ilə dilimizə “səmərəli” kimi çevrilir.
Məsələn:
n It’s
an effective cure for a headache. – Bu, başağrısına qarşı səmərəli
bir müalicədir.
n One of the effective sore
throat remedies is using spicy gargle. – Boğaz ağrısının ən səmərəli
əlaclarından biri ədviyyəli qarqaradan istifadə etməkdir.
“Efficient” isə bir
işin vaxt, pul və enerji itkisinə yol vermədən başa gəlməsilə bağlı işlədilir və
dilimizə “karlı”
kimi çevrilir.
Məsələn:
n An efficient car is a car
that travels a long way without using a lot of petrol.
– Karlı avtomobil o avtomobildir ki, uzaq bir məsafəni çox benzin
yandırmadan qət edir.
n Efficient engines save fuel. – Karlı mühərriklər yanacağa
qənaət edir.
PS: “Efficiency
is doing things right; effectiveness is doing the right things.” - Karlılıq işləri doğru görməkdir.
Səmərəlilik isə doğru işləri görməkdir. – Peter F. Drucker.
Yeni
dərslərədək,
Hələlik.
0 comments:
Post a Comment