- In front of something
- In the front of something
- At the front of something
- On the front of something
İngilis dilində bu ifadələrin hamısı mövcuddur. Ancaq hansı ifadənin hansı halda işlənməsi, yəqin ki, çoxlarınız üçün qaranlıqdır. Expertlərdən nümunələrə nəzər salaq:
Write your name in the front of the book (=the first few pages)
(Oald, 6-cı nəşr)
He\she always sits at the front of the class
He\she gave me a book with a picture on the front
(Longman, 4-cü nəşr)
Someone was standing straight in front of the train
He showed us his name in the front of the paper
I was standing at the front of the queue
(MacMillan)
Gördüyünüz kimi, hər üç ekspertin nümunələrində bənzər və fərqli cəhətlər var və bu səbəbdən də ilk baxışda düşünmək olar ki, cümlələrdən bir qismi xətalı, digər qismi isə düzgündür.
Bəri başdan deyək ki, cümlələr hamısı düzgündür.
İngilis dilli adamlar bu ifadələrin işlənməsi ilə bağlı doğru seçimi tez bir zamanda öyrəndikləri halda, qeyri-ingilis dillilər üçün bu seçimi müəyyənləşdirmək bir az zaman və təhlil tələb edir.
Əvvəlcə gəlin nümunələrə əsasən in\at\on front of something ifadələrinin dilimizə kontekstdən asılı olaraq tərcümə olunduğu mənalara baxaq:
- qarşısında (üzbəüz) - in front of (opposite) the building
- əvvəlində - in the front of the book, at the front of the queue
- qabaqda, ön cərgədə\sırada - at the front of the class\car\bus
- qabaq\ön tərəfdə - at the front of the house\building
- üstündə\üz qabığında\səhifəsində - on the front of the envelope\postcard
- İngilis dilində ayrı-ayrı (bir-birindən aralı) obyektlərin bir-birinə münasibətən yerləşdikləri yer haqqında danışarkən, obyektlərdən biri digərinin qarşısında yerləşirsə, in front of (the - siz) sözönü işlənir. Məsələn:
- -- There is a red car in front of mine - Mənim maşınımın qarşısında bir qırmızı maşın var
- -- My house is in front of the school - Mənim evim məktəbin qarşısındadır
- -- Someone was standing straight in front of the train - Kimsə düz qatarın qarşısında dayanmışdı
Bu cümlələrdə ayrı-ayrı maşınlardan, binalardan və s. bəhs olunur.
2. İngilis dilində vahid bir obyekti əmələ gətirən "komponent" obyektlərin həmin vahid obyektin tərkibində\daxilində yerləşdiyi yer haqqında danışarkən, at\in\on the front of kimi yer zərfliyi ifadələrindən istifadə olunur.
- "komponent" obyekt vahid obyektin ən qabaq hissəsində\irəli ucunda yerləşirsə, at the front of ifadəsi işlənir. Məs:I. I am at the front of the queue - Mən növbədə ən öndəyəm (növbənin irəli\arxa ucu onun tərkib hissəsidir və mən onun ən irəli ucundayam)
II. I sit at the front of the class\bus - Mən sinifdə\avtobusda lap qabaqda\birinci sırada əyləşirəm (əyləşdiyim sıra sinifin\avtobusun bir tərkib hissəsidir) - "komponent" obyekt vahid obyektin üst-üstə yerləşmiş digər "komponent" obyektlərinin lap üstündə\əvvəlində yerləşirsə, on the front of ifadəsi işlənir. Burda vahid obyekt qismində əsasən kitab, dəftər, qəzet, jurnal, zərf, məktub, dəvətnamə, poçt açıqçaları və s götürülür:
I. The picture, that I saw on the front of the book, was very amazing - Kitabın üstündə\üz qabığında gördüyüm şəkil çox qəribə idi
II. There was nothing written on the front of the envelope - Zərfin ön tərəfində heç nə yazılmamışdı - "komponent" obyekt vahid obyektin ən önündə deyil, ən üstündə deyil, sadəcə öndə və üstdə olanların içində yerləşirsə, in the front of ifadəsi işlənir:
I. I am in the front of the queue - Mən növbənin irəli ucundayam\öndə duranların icindəyəm
II. I sit in the front of the class\bus - Mən sinifdə\avtobusda qabaqda\ön sıralarda əyləşirəm
III. The picture, that I saw in the front of the book, was very amazing - Kitabın giriş hissəsində\başlanğıc səhifələrində (üz qabığında və ya lap ön səhifəsində deyil) gördüyüm şəkil çox qəribə idi.
Güman edirəm ki, indi ekspert nümunələri sizin üçün azacıq da olsa, aydınlaşdı.
PS: yuxarıda yazdıqlarım bir qayda deyil, mənim izah etmə tərzimdir.
Ümumiyyətlə, ingilis dilində heç bir qayda yoxdur, sadəcə istisnalar mövcuddur,
Ümumiyyətlə, ingilis dilində heç bir qayda yoxdur, sadəcə istisnalar mövcuddur,
növbəti dərslərədək:)
0 comments:
Post a Comment