1. İngilis dilində yeni
sözlərin əksəriyyəti mövcud sözlərin hissələrini birləşdirməklə yaranır. Bu cür
sözləri əsasən “blend” (qarışıq), nadir hallarda isə “portmanteau word”
(birləşik kəlimə) adlandırırlar. Yəni, bu sözlər iki ayrı-ayrı kəlimənin hər
birisindən bir hissənin bir-birilə birləşməsindən yaranır. Nümunələrə baxaq:
- Brunch
= breakfast + lunch
- Motel
= motorcar + hotel
- Guesstimate
= guess + estimate
və s.
Məsələn, hamımızın eşitdiyimiz, ancaq bir çoxumuzun da mənasını
bilmədiyimiz “karaoke” kəliməsi iki Yapon sözünün – “kara” (boş) və “okesutora”
(orkestr) -- birləşməsindən yaranıb.
Həmçinin “alphabet” sözü qədim Yunan əlifbasının ilk iki hərfinin adlarından – alfa və beta – yaranıb.
Həmçinin “alphabet” sözü qədim Yunan əlifbasının ilk iki hərfinin adlarından – alfa və beta – yaranıb.
2. “I” və “j” hərflərindəki
nöqtələr “superscript dot” adlanır.
3. İngilis dilində # simvolunun bir neçə mənası var.
Məsələn: sükut\pauza mənası, pound-un kütlə\çəki vahidi kimi təqdim edilmə mənası, nömrə mənası və s.
4. İngilis dilində bir
sıralamanın sonunda işlənən “and” kəliməsindən əvvəl qoyulan vergül “Oxford
comma” və ya “serial comma” (Oksford və ya seriya vergülü) adlanır. Məs: "I drink coffee, tea, and wine."
5. İngilis dilində bəzi
sözlər daim cəm halda mövcud olurlar. Məsələn: glasses – (spectacles) – gözlük\eynək,
binoculars - durbin, scissors - qayçı, shears - qırxılıq, tongs – maşa\kəlbətin,
gallows - aşırma, trousers - şalvar, jeans – cins şalvar, pants – dizlik\qıçlı
tuman, pyjamas – pajama və s. Ancaq bu sözlərdən geyim ləvazimatlarına aid
olanları təyin kimi işləndikdə tək hala girə bilirlər: -- “trouser pocket”
(şalvar cibi).
6. İngilis dilində ən qısa
cümlə “I am” cümləsidir.
7. İngilis dilində “ough”
kombinasiyası 9 cür tələffüz olunur. Aşağıdakı cümlə bu fərqli tələffüzlərin
hamsını ehtiva edir: "A rough-coated,
dough-faced, thoughtful ploughman strode through the streets of Scarborough;
after falling into a slough, he coughed and hiccoughed."
8. İngilis dilində
tərkibində bir dənə də olsun həqiqi sait olmayan ən uzun söz "rhythm" sözüdür.
9. İngilis dilində “- dous”
sonluğu ilə bitən cəmi dörd söz var: hazardous, horrendous, stupendous, və tremendous.
10. Planetlər içində qədim
Yunan əsatirinə görə allah adı ilə adlandırılmayan tək planet Yer (The Earth)
planetidir.
İngilis dilinə dair daha çox maraqlı faktlar var...
Hələlik.
0 comments:
Post a Comment