Bu
artiklı işlədib-işlətməməklə bağlı qərar verməzdən əvvəl siz özünüzə 3 sual verirsiniz:
Sual
1. İsimdə bir dəqiqlik\yəqinlik
varmı ?
Yəni
isim haqqındakı ilkin bəyanat zamanı onunla bağlı nə bilirik?
Qeyd: adətən,
hər hansı bir isim haqqındakı ilkin bəyanat qeyri-müəyyən olur. Həmin isim
haqqındakı sonrakı bəyanatlar isə artıq müəyyənləşmiş olur və “the” tələb edir
(elə bu cümlədə olduğu kimi).
Məsələn:
- A man is walking down
a road. There is a dog with the man. – Yolla
bir kişi üzübəri gəlir. Kişinin yanında bir it var.
İndi
növbə ilə hər iki cümlədəki “kişi” ismini müəyyənləşdirməyə çalışaq. Bunun üçün
biz təbii ki, “hansı” sualından istifadə etməliyik:
- 1-ci sual: -- Yolla hansı kişi gəlir? Təbii ki, kişi haqqında
heç nə bilmirik və o bizim üçün qeyri-müəyyəndir. Odur ki, bu suala verəcəyimiz
cavab “bilmirəm”dir.
- 2-ci sual: -- İt hansı kişinin yanındadır və ya hansı kişinin yanında bir it var? Burda soruşulan
kişi isə artıq bizim üçün müəyyəndir çünki, onun haqqında bildiyimiz bir məlumat və verəcəyimiz
bir cavab da var:
-- Yolla gələn kişinin.
Bəzən
isim haqqındakı ikinci bəyanat onun sinonimi ola bilər.
Məsələn:
- Combine butter, sugar and eggs. Add
flour to the mixture. – Yağ,
şəkər və yumurtaları bir-birinə qatın. Bu qatışığa un əlavə edin.
İsim
haqqındakı birinci (qeyri-müəyyən bəyanat) sayılan isimlərin tək halda olanları
üçün “a” və ya “an” artiklı tələb etdiyi halda, sayılan isimlərin cəm halda
olanları və sayılmayan isimlərin bütünü ilə heç bir artikl tələb etmir.
İsim
haqqındakı ikinci (müəyyənləşmiş) bəyanat isə “the” artiklını həm sayılan, həm
də sayılmayan isimlər üçün vacib edir.
Məsələn:
- A growing plant must have sunlight. The plant must also have water and minerals. The minerals must include nitrates and the water must not be saline. – Becəriliən bir bitkitinin gün işığına ehtiyacı var. Bu bitkinin su və minerallara da ehtiyacı var. Mineralların tərkibində nitrat olmalı, su isə duzlu olmamalıdır.
Üç
qrup isim var ki, özləri haqqında ilkin bəyanata ehtiyac duymadan müəyyənləşmiş
hesab edilə bilirlər.
1-ci qrupa daxil olan o isimlərdir ki, onlar bütün
müsahiblərin məlumatlı olduğu bir duruma və ya məsələyə işarə edir.
Məsələn,
siz Türkiyədə deyə bilərsiz:
- The Prime Minister
will arrive tomorrow
– Baş nazir sabah gələcək.
Çünki,
Türkiyədə yalnız bir baş nazir var və sizin burda kimi nəzərdə tutduğunuz
hamıya aydındır. Eyni qaydada, əgər olduğunuz şəhərdə yalnız bir xəstəxana
varsa, siz deyə bilərsiniz:
- He's been working in
the hospital for two years.
– O iki ildir ki, xəstəxanada çalışır.
Ancaq
siz bunu xəstəxanaların çox olduğu bir şəhərdə, məsələn Bakıda, deyə bilməzsiniz.
O zaman siz xəstəxananın konkret adını deməlisiniz və yalnız ondan sonra bu xəstəxana
haqqında deyəcəyiniz növbəti bəyanatda
ad çəkmədən “the” artiklı işlədə bilərsiniz :
- He's been working at
Neftchilar Hospital for two years. He says the hospital is in very good
conditions. – O
iki ildir ki, Neftçilər xəstəxanasında çalışır. O deyir ki, xəstəxana çox
yaxşı şəraitdədir.
İkinci qrup isimlər o isimlərdir ki, onlar
unikaldırlar, yəni təkdirlər, onlardan
bir dənədir. Məs; the sun – günəş; the earth – Yer; the sky - göy/səma; the equator
– ekvator və s.
Üçüncü qrup isimlər isə sifətin üstünlük dərəcəsi
və sıra sayları ilə müşaiyyət olunan isimlərdir. Çünki, bu isimlər də öz qəbilində
təkdirlər, məs; ən hündür, ən yaxşı, birinci və
s.
Məsələn:
- Mexico City is the
most populous city in the world. – Mexiko
dünyada ən çox əhalisi olan şəhərdir.
- I enjoyed the first part,
but I was disappointed at the end. – Mən
birinci hissədən həzz aldım, ancaq sonda pərişan oldum.
- She is the principal
researcher. – O baş\əsas tədqiqatçıdır.
Sual
2. İsim təyinlə əhatə
olunmuşdurmu?
Primodifikasiya: Yəni ismin əvvəlində aşağıdakılardan
biri varmı?--
--this/that/these/those/some/any/each/every/no/none/my/mine
əgər
bunlardan biri varsa, “the” işlətməyin.
Məsələn:
the red books/some red books/no red book/his red
books/each red book
Postmodifikasiya: Yəni ismin həmən ardından asılı cümlə ünsürlərii
(who/which/that) və ya sözönlü ifadələrdən (of/in/to...) biri varmı?
əgər
bunlardan biri varsa, bu ismi müəyyənləşmiş qılır. Odur ki, “the” işlətməyiniz
vacibdir.
Məsələn:
- The man who lives next
door is Chinese. – Qonşuluqda yaşayan kişi çinlidir.
- We take the regular
collection of garbage for granted.
– Biz tullantıların müntəzəm toplanmasını ehtimal
edirik.
- The journey to
Vancouver takes three days by train. – Vankuverə
səyahət qatarla 3 gün çəkir.
- No one expected the
results that were found.
– Aşkar edilən nəticələri heç kim gözləmirdi.
İstisna: kollektiv isimlər qeyri-müəyyənlik
artiklları ilə işlənir:
- a box of matches/a deck of
cards/a bar of soap/a herd of cows.
Sual
3. İsim generikdirmi?
Yəni bir sinfi, qrupu, nəsli və ya cinsi bildirən isimdirmi?
Bu
qəbildən olan isimlər elə isimlərdir ki, onların birinin adı hallandıqda aid
olduğu bütöv qrup agıla gəlir.
Məsələn,
bütün heyvanların içərisində “şir” adlı bir qrup var; bütün quşların içərisində
qarğa, qartal, göyərçin və s kimi ayrı-ayrı çeşidlər,cinslər mövcuddur. Eyni
qaydada, bütün musiqi alətləri içərisində
saz, tar, skripka, gitara və s kimi alət qrupları var. Biz “ qarğa”,
“şir” və ya “gitara” dedikdə ağlımıza öncə bu isimlərin hər hansısa biri deyil,
onların aid olduğu və ya necə deyərlər, təmsil etdiyi qruplar gəlir.
Adətən
bu isimlər haqqında ümumi danışdıqda,“the”işlətmək lazımdır.
Məsələn:
- The crow lives up to
three hundred years.
– Qarğa üç yüz ilədək
yaşayır.
Burda
hər hansısa bir qarğa deyil, ümumiyyətlə “qarğa” adlı quş cinsi nəzərdə
tutulur. Azərbaycan dilində bu cür hallarda adətən isim cəmdə işlənir: “Qarğalar üç yüz ilədək yaşayırlar.” Bu variant
ingilis dilində də işlənir və hətta formal danışıq dilində buna üstünlük
verilir:
- Crows live up to three hundred
years.
Bu
cümləni “A crow lives up to
three hundred years” şəklində ifadə etmək yalnışdır!
Başqa bir
misal:
- Can you play the guitar? – Sən gitarada ifa edə bilirsən?
Burda da
söhbət hər hansısa bir gitaradan deyil, musiqi alətləri içərisində “gitara”
adlı cinsdən gedir. Konkret bir gitaradan bəhs etdikdə isə siz deyirsiz:
- He has bought a new guitar. – O təzə bir gitara alıb.
Media və kommunikasiya:
Kommunikasiya
və KİV-in sistemi haqqında danışdıqda “the”, bu sistemlərin hər hansısa bir
elementi haqqında danışdıqda isə “a” artiklı işlətmək lazımdır.
Məsələn:
·
“Telefon”
adlı kommunikasiya sistemi haqqında danışdıqda “the
telephone”, bir telefon apparatı\cihazı haqqında danışdıqda isə “a telephone” demək lazımdır.
[istisna: “televiziya” adətən heç bir
artikl olmadan işlənir: Did you see him on television?]
Nəqliyyat
vasitələri:
Bir nəqliyyat
vasitəsi fərdini deyil, bir nəqliyyat sistemini nəzərdə tutduqda “the” işlədin:
- How long does it take on the bus? – Ora
avtobusla getmək nə qədər vaxt aparır?
- The subway is quicker. – Metro
daha surətlidir.
[əgər
siz “by+nəqliyyat vasitəsi”
konstruksiyasından istifadə edirsinizsə, heç bir artikl işlətməməlisiniz: I go by \bus\car\subway].
Əyləncə
formaları:
Hər hansı bir
əyləncə forması haqqında ümumi danışdıqda “the” işlədin:
- I enjoy seeing the ballet. – Mən
baletə baxmaqdan həzz alıram.
Konkret bir tədbirdən
danışdıqda isə qeyri-müəyyənlik artiklı işlədin:
- I saw a good ballet last week. – Keçən
həftə bir yaxşı baletə baxdım.
Obyekt
yoxsa fəaliyyət isimləri:
Müəyyən
isimlər var ki, gah bir fəaliyyətə, gah da həmin fəaliyyətin obyektinə dəlalət
edir. Bu isimlər fəaliyyətə dəlalət etdikdə “the”siz, obyektə dəlalət etdikdə
isə “the” ilə işlənir:
Activity
|
Object
|
I go to bed at 11 o'clock – Mən saat 11-də yatıram
|
Don't
jump on the bed – Çarpayının üstündə atılıb-düşməyin
|
She went to school for many years
– O uzun illər məktəbə getdi
|
The
school was too small – Məktəb çox kiçik idi
|
Many families eat dinner together
– Bir çox ailələr birlikdə nahar edirlər
|
The
dinner was delicious – Nahar dadlı idi
|
I shower before breakfast – Mən səhər yeməyindən əvvəl duşlanıram
|
The
breakfast was delicious – Səhər yeməyi dadlı idi
|
They are at church – Onlar kilsədədirlər (ibadətdə)
|
The
church is very old – Kilsə çox köhnədir
|
She is in class – O dərsdədir
|
The
class is in Room 22 – Sinif 22-ci otaqdadır
|
İstiqamət bildirən isimlər:
Bu isimlər
“the”siz işlənir:
- Go two blocks south and turn left. – Cənuba
doğru iki məhəllə get və sola dön
[istisna: siyasi
tərəfləri göstərən isimlər “the” ilə işlənir: She is
on the left of the party.]
Zaman dönəmləri:
Onilliklər, qərinələr,
əsrlər və tarixi dövrlər “the” ilə işlənir:
- The 1960s were a time of student
rebellion. – 1960-cı illər bir tələbə üsyanı dövrü idi.
Bu dərsdən öyrəndiklərinizi sınaqdan keçirmək üçün testə baxın.
Sual və şərhləriniz
olarsa, buyurun.
Salam. Her shey eladı, amma cehet ve istiqametleri yarimcjiq qeyd elemisiz. Cehetlerden evvel (south, north, east, west) the artikli adeten ishlenir. (Istisna: North America, West Africa ve s.) Left, rigt.dan evvel de bezi hallarda ishlenir. (in the left side, on the rigt hand ve s.) Bir de ki “A crow lives up to three hundred years” cumlesi sehv deyil. "Bir qarga 300 ile qeder yashayir." (numune kimi)
ReplyDeleteSalam. Yarımçıq olması fikri ilə razıyam. Cəhətlərlə bağlı düzgün ifadələr belədir:
DeleteThe south\north/east/west
The north of Spain
Northen Spain
ve saire//
Qarga meselesinde ise icaze verin sizinle razilashmayim, bu bir az uzun dartishmalara yol aca biler.
Istenilen halda diqqet ve zaman ayirdiginiz ucun teshekkur edirem.