Saturday, 26 July 2014

Ehtimal və imkan bildirən modallar -- Modals for possibility



Ehtimal və imkan bildirən modallar aşağıdakılardır:
  •      may
  •      might
  •      could
  •      must
      May might indiki və gələcək zamana yönəlik ikibaşlı ehtimalları ifadə etmək işlədilir və bu zaman hər ikisi “bəlkə”, “bəlkə də” və “ola bilsin ki” mənalarını verir. Yəni, ortada bir yəqinlik, əminlikdəqiqlik olmur.
      May daha rəsmidir və əsasən yazılı ədəbiyyatda işlədilir.
      Might isə daha çox şifahi nitqdə işlədilir.

Məsələn:
  •       Where is Samir? He may/might be in his room.Samir hardadır? Bəlkə də o öz otağındadır.
  •       We may/might go to the park tonight.Ola bilsin ki, biz bu axşam parka gedək.
Could indiki və gələcək zamanda həm ehtimal, həm də imkan bildirir.
Məsələn:
  •       Where are my keys? – They could be in the car.Açarlarım hardadır? – Ola bilsin ki, maşındadı. (ehtimal)
  •       Tonight we could go to the party as well.Bu axşam biz qonaqlığa da gedə bilərik. (imkan)
      Must isə ehtimal və imkan bildirən digər modallardan fərqli olaraq, birbaşlı ehtimal və ya yəqinlik və ya yəqinliyə inam ifadə edir və cümlədə “yəqin”, “yəqin ki” və ya “çox güman ki” mənalarını verir.
Məsələn:
  •       Everyone is wearing a jacket. It must be cold.Hami pencək geyinir. Yəqin soyuqdur. (Yəqinlik)
  •       He didn’t eat anything this morning. He must be hungry now.O, bu səhər heç nə yemədi. Çox güman ki, indi acdır. (Yəqinliyə inam)
Keçmiş zaman
      May, mightcould modallarının hər üçü keçmiş zamanla bağlı ehtimalları da eyni dərəcədə ifadə etmək üçün işlədilir və bu cür formalaşır: Modal + have + past participle
  •       He may have come to work early  – Bəlkə də o, işə erkən gəlib
  •       She might have gone home lateOla bilsin ki, o, evə gec gedib
  •       They could have caught a cold – Bəlkə də onları soyuq alıb
      Must modalı da keçmiş zamanda yəqinlik və ya yəqinliyə inam ifadə etmək üçün eyni qaydada işlədilir:
·         Germany must have won the gameÇox güman ki, Almaniya oyunu qazanıb

Could not
      Bənzər şəkildə ehtimal ifadə etmələrinə baxmayaraq, could modalının inkar forması maymight modallarının inkar formasından fərqlənir.

      May notmight not bir şeyin mümkün olmamaq və ya baş verməmək ehtimalını ifadə edir.

      Could not isə bir şeyin əsla mümkün olmadığına və ya ola bilməyəcəyinə inamı ifadə edir.

Məsələn:
·         This idea may not be the best oneOla bilsin ki, bu fikir ən yaxşı fikir deyil.
·         We might not go to the party tonightBəlkə də bu axşam qonaqlığa getməyəcəyik.
·         She could not know who my friend is.  They have never met.Ola bilməz ki\mümkün deyil ki, o mənim dostumu tanısın. Onlar heç vaxt görüşməyiblər.
·         You could not be hungry now. You have just eaten. – Mümkün deyil ki, sən indi ac olasan. Sən bayaq yedin.


Modal Verbs səhifəsinə geri dön

0 comments:

Post a Comment

Ads 468x60px

Social Icons

Featured Posts