Bacarıq
bildirmək üçün istifadə olunan modallar:
- can
- · could
- · be able to
Məsələn:
İndiki zaman
- · I can speak English – Mən ingiliscə danışa bilirəm
- · He can play chess – O şahmat oynaya bilir
Keçmiş zaman
- · I could speak English when I was young – Mən gənc ikən ingiliscə danışa bilirdim
- · He could play chess when he was 5 – O beş yaşında şahmat oynaya bilirdi
Gələcək zaman
- · I will be able to speak English in two years – Mən iki ilə ingiliscə danışa biləcəyəm
- · He will be able to play chess next year – O növbəti il şahmat oynaya biləcək
“Able
to” felin digər zaman formaları ilə də işlənir.
Məsələn:
- · I have been able to speak many languages in my life – Mən həyatım boyu bir çox dillərdə danışa bilmişəm
- · He used to be able to play many sports games – O əvvəllər bir çox idman oyunlarını oynaya bilirdi
- · We will have been able to finish the work tomorrow – Biz sabah işi qurtarmaq iqtidarında olacağıq
İnkar
formaları
Can və could modallarının inkar forması
modalla əsas felin arasına “not” inkar hissəciyi yerləşdirməklə düzəlir.
Məsələn:
- · I can not (can’t) speak English – Mən ingiliscə danışa bilmirəm
- · He can’t play chess – O şahmat oynaya bilmir
- · I could not speak English when I was young – Mən gənc ikən ingiliscə danışa bilmirdim
- · He could not play chess a year ago – O bir il əvvəl şahmat oynamağı bilmirdi
“Be able to” modalının inkar forması isə zamanlara görə fərqlənir.
Belə ki, gələcək zamanda not hissəciyi
subyekt+will kombinasiyası ilə be able to-nun arasına, indiki
və keçmiş zamanda isə şəxsə və zamana görə hallanmış be ilə able to-nun arasına yerləşir.
Məsələn:
- · I will not be able to speak English in a year – Mən bir ilə ingiliscə danışa bilməyəcəm
- · He will not be able to play chess for two years – O, iki il şahmat oynaya bilməyəcək
- · He is not able to play chess now. He is too busy – O indi şahmat oynamaq iqtidarında deyil. O çox məşğuldur.
- · Though I can speak English very well I was not able to express myself yesterday – İngiliscə çox yaxşı danışa bilməyimə baxmayaraq, dünən öz fikrimi çatdıra bilmədim
Qeyd: indiki və keçmiş zamanlarda insanların bir işi
ümumiyyətlə bacarıb-bacarmadığı ilə bağlı fikir yürüdərkən can və could modalları keçərlidir. “Be able to”
isə yalnız insanların ümumiyyətlə malik olduğu bacarıqlarla bağlı xüsusi və ya
istisna hallar üçün işlədilir. Sonuncu iki nümunəyə baxaq:
“He is not able to play chess now.
He is too busy.”
Burda aydındır ki, şəxs yalnız indi şahmat oynaya bilmir,
çünki çox məşğuldur. Ümumiyyətlə isə o şahmat oynamağı bacarır. “İndi” burda
istisnadır.
Həmçinin ikinci nümunə:
“Though I can speak English very
well I was not able to express myself yesterday.”
Şəxs ingiliscə danışmağı ümumiyyətlə çox yaxşı bacarır.
Ancaq buna baxmayaraq, o dünən öz fikrini ifadə edə bilməyib. Burda “dünən” bir
istisnadır.
Sual formaları
Bacarıq bildirən modalların sual formaları sözlərin sırasını
dəyişməklə düzəlir.
Məsələn:
- · Can/could he speak English? – O ingiliscə danışa bilir/bilirdi?
- · Will she be able to play chess? – O şahmat oynaya biləcək?
Unutmayın, “will be able” sual formasında parçalanır:
- · Will she be able to play chess?
Modal Verbs səhifəsinə geri dön
Çox köməyi oldu
ReplyDeleteŞad oldum. Buyurun.
ReplyDelete