Saturday, 21 June 2014

Also\too\either

Also / Too / Either

1.  Also

İşlənməsi

"Also" təsdiq cümlələrində həmrəylik bildirmək üçün işlənir və kontekstdən asılı olaraq, “da”, “də”, “həmçinin” və “həm də” kimi mənalar verir.
Məsələn:
·       Aynur speaks French. Aly also speaks French. – Aynur fransızca danışır, Əli də.
·       I love chocolate. I also love cake. – Mən şokalatı xoşlayıram. Mənim həm də tortdan xoşum gəlir.
·       Farid can come with us. Nuriya can also come with us. - Fərid bizlə gələ bilər, Nuriyə də həmçinin.

Cümlədə yerləşməsi

"Also" cümlədə "to be" felindən sonra gəlir.
Məsələn:
·       I am also Canadian. – Mən kanadalıyam və ya mən həm də kanadalıyam.
·       I was also there. – Mən orada idim və ya mən həm də orada idm.
“to be” dən başqa qalan bütün feillərlə işləndikdə, “also” sadə feillərdən əvvəl gəlir.
Məsələn:
·       I also sing. -  Mən həm də (mahnı) oxuyuram və ya mən (mahnı) oxuyuram.
·       He also helped us. – O həm də bizə kömək etdi və ya o da bizə kömək etdi.
Mürəkkəb feilli cümlələrdə isə,“also” feilin birinci hissəsindən sonra, ikinci hissəsindən əvvəl gəlir. Yəni onların arasına yerləşir.
Məsələn:
·       I have also been to Hong Kong. – Mən Honq Konqda da olmuşam.
·       I am also studying economics. – Mən həm də iqtisadiyyatı öyrənirəm.
Bir qayda olaraq ingilis dili cümlələrində modal feillərdən sonra ikinci bir feil də gəlir. Odur ki, “also” mürəkkəb feillərlə olduğu kimi burda da modal feillə ikinci feilin arasına yerləşir.
Məsələn:
·       I can also speak French. – Mən fransızca da danışa bilirəm.
·       I should also be there. – Mən orda olmalıyam və ya mən həm də orda olmalıyam.

2.  Too

İşlənməsi

"Too" da “also” kimi təsdiq cümlələrində həmrəylik bildirmək üçün işlənir və “also” ilə eyni mənaları verir. Ancaq onun cümlədəki yeri fərqlidir.
Məsələn:
·       Aynur speaks French. Aly speaks French too. – Aynur fransızca danışır, Əli .
·       I love chocolate. I love cake too. – Mən şokalatı xoşlayıram. Mənim tortdan da xoşum gəlir.
·       Farid can come with us. Nuriya can come with us too. – Fərid bizlə gələ bilər, Nuriyə də həmçinin.

Cümlədə yerləşməsi

"Too" adətən sadə cümlənin sonunda, mürəkkəb cümlələrdə isə budaq cümlələrin birinin sonunda yerləşir.
Məsələn:
·       I am Canadian too. – Mən kanadalıyam.
·       I can speak French too. – Mən fransızca danışa bilirəm.
·       I am studying economics too. – Mən iqtisadiyyatı öyrənirəm.
·       If he wants to go too, he should meet us at 8:00. – Əgər o da getmək istəsə, saat 8 tamamda bizimlə görüşsün.

Vacib

Baxmayaraq ki, “too” adətən cümlələrin sonunda işlənir, bəzən o, subyektdən (mübtədadan) sonra vergüllə işlənir. Bu hala əsasən bədii kitab cümlələrində rast gəlinir.
Məsələn:
·       Mr. Jones wanted the contract. Ms. Jackson, too, thought it was necessary. – Cənab Cons müqaviləni istədi. Cənab Cekson da bunun vacib olduğu düşüncəsində idi.
·       Donna is working on a solution to the problem. I, too, am trying to find a way to resolve the conflict. – Donna problemə bir çözüm arayır. Mən də həmçinin, çalışıram ki, bu konflikti həll etmək üçün bir yol tapım.

3.  Either

İşlənməsi

"Either" inkar cümlələrində həmrəylik bildirmək üçün işlənir.
Məsələn:
·       Aynur doesn't speak French. Aly doesn't speak French either. – Aynur fransızca danışmır, Əli .
·       I don't love chocolate. I don't love cake either. – Mən şokalatı xoşlamıram. Mənim heç tortdan da xoşum gəlmir.
·       Farid cannot come with us. Nuriya cannot come with us either. – Fərid bizlə gələ bilmir\bilməz, Nuriyə də həmçinin.

Cümlədə yerləşməsi

"Either" adətən “too” kimi cümlələrin sonunda işlənir.
Məsələn:
·       I cannot speak French either. – Mən fransızca danışa bilmirəm və ya mən fransızca da bilmirəm.
·       I am not studying economics either. – Mən iqtisadiyyatı öyrənmirəm və ya mən iqtisadiyyatı da öyrənmirəm.
·       I don't want to eat either. – Mən yemək istəmirəm.
·       I didn't like the movie either. – Mən filmi bəyənmədim və ya mən filmi bəyənmədim.

Çaşdırıcı cümlələr

Bəzən elə mürəkkəb cümlələr olur ki, onun birinci cümləsi inkar, ikinci cümləsinə düşən həmrəylik isə təsdiqdir.
Məsələn:
·       The weather wasn't very appealing, I also wanted to stay home and finish my book. That's why I didn't go to the beach. – Hava ürəkaçan deyildi. Mən evdə qalıb, kitabımı bitirmək istəyirdim. Bax elə buna görə də çimərliyə getmədim.
·       The car wasn't expensive, and I needed a way to get around town too. That's why I bought it. – Avtomobil baha deyildi, mənə bir şey lazım idi ki, şəhəri dolanım. Elə buna görə də onu aldım.
Və ya tərsinə.
Məsələn:
·       Bahar is too short. She is not a good athlete either. I don't think she would make a good basketball player. – Bahar çox qısaboydur. O həm atletik deyil. Mən düşünmürəm ki, ondan yaxşı basketbolçu alınar.
·       He is lazy. He doesn't study either. That's why he doesn't do well in school. – O tənbəldir, həm oxumur. Bax elə buna görə də məktəbdə işləri yaxşı getmir.

Bu mövzuya dair öyrəndiklərinizi sınaqdan keçirmək üçün testə baxın.
Növbəti dərslərədək,

Hələlik.

0 comments:

Post a Comment

Ads 468x60px

Social Icons

Featured Posts