İngilis dilində məsləhət və tövsiyyə üçün aşağıdakı modallardan
istifadə edilir:
- should
- would
- had
better (yarım-modal)
Should
Should indiki zamanda məsləhət vermək üçün işlədilir və “yaxşı olar ki” və ya “məsləhətdir ki” kimi mənalar verir:
Formulu: Subject + Should + Base verb
- You should eat healthy food
– Məsləhətdir ki, sən sağlam ərzaqla
qidalanasan
- You should exercise every day – Yaxşı
olar ki, sən hər gün idman eləyəsən
Should keçmiş zamanda da əməl edilməmiş məsləhət üçün işlədilir və “yaxshı
olardı ki” və ya “gərək” kimi
mənalar verir:
Formulu: Subject + Should +Have + Past Participle
- You should have eaten healthy food – Yaxşı
olardı ki, sən sağlam ərzaqla qidalanaydın
- You should have exercised every day – Gərək sən hər gün idman edəydin
Should inkarda işləndikdə bir işin görülməməsini məsləhət
olaraq ifadə edir :
- You should not smoke – Yaxşı olar ki, siqaret
çəkməyəsən
- You should not have eaten
so much candy
– Gərək
bir belə çox şirniyyat yeməyəydin
Would
Would
modalı da məsləhət vermək üçün işlədilir və bu zaman məsləhət verən şəxs
(danışan) özünü məsləhət verdiyi şəxsin (dinləyənin) yerinə qoyur və nəticədə məsləhət
tamamilə nəzəri fərziyyə xarakteri daşıyır.
Məsələn:
- If I were you, I would return him the money – Mən sənin yerinə olsaydım, pulu ona geri qaytarardım
- In your place, I would look for another hotel to stay – Yerinə olsaydım, qalmağa başqa hotel gəzərdim
Bu
cümlələr qeyri-reallıq bildirən şərti cümlələrdir (Second Conditional). Bu cümlələrdə
danışanın dinləyənin yerinə olması mümkün deyil. Odur ki, burdakı məsləhət fərziyyə
olaraq qəbul edilir.
“If I were you” ifadəsini hər zaman işlətmək
vacib deyil.
- I would not do that – Mən bunu etməzdim
- I would study hard – Mən bərk çalışardım
Məsələn:
- I would choose the red shirt if I were you – Mən sənin yerinə olsaydım, qırmızı köynəyi seçərdim
- You should choose the red shirt – Yaxşı olar ki, sən qırmızı köynəyi seçəsən
“Should” və “would” modallarından yalnız məsləhət vermək üçün
deyil, həm də məsləhət almaq üçün istifadə edilir və bu zaman cümlə sual
formasında qoyulur:
- What should I do? – Mənə nə etməyi məsləhət görürsən?
- What would you do in my place? – Mənim yerimə olsan, nə edərdin?
Had better
Baxmayaraq ki, “had” “have” köməkçi feilinin keçmiş zaman formasıdır,
“had better” yarım-modalı indiki və gələcək zamanlara yönəlik məsləhət vermək
üçün işlədilir və dilimizə “yaxşısı
budur\budur ki” kimi tərcümə olunur:
- I had better go back home – Yaxşısı budur, mən evə qayıdım.
- You had better wear a jacket. It’s cold outside. – Yaxşısı budur ki, sən pencək geyəsən. Bayırda soyuqdur.
“Had
better” yarım-modalının cümlədə işlənmə formulu “should” modalı ilə eynidir: hər
ikisi əsas feilin baza hissəsi ilə, yəni “to” məsdər hissəciyi olmadan işlənir;
hər ikisinin inkar forması eynidir:
- You had better\should tell her everything – Yaxşısı budur\yaxşı olar ki, sən ona hər şeyi söyləyəsən
- You had better\should not tell her anything – Yaxşısı budur\yaxşı olar ki, sən ona heç nə söyləməyəsən
“Had better” yalnız xüsusi hallarda məsləhət
vermək üçün keçərlidir. Ümumi hallar üçün hər zaman “should” modalı işlədilir:
- You should brush your teeth before you go to bed. – Məsləhətdir ki, yatmazdan əvvəl
dişlərinizi təmizləyəsiz
- I shouldn't listen to negative people. – Yaxşı olar ki, mən mənfi insanlara
qulaq asmayim
Bu, o anlama gəlmir ki, xüsusi
hallar üçün yalnız “had better” yarım-modalı işlənir. “Should” bütün hallar
üçün keçərlidir. Məhdudiyyət yalnız “had better” yarım-modalına aiddir. Ancaq, “should”
modalından fərqli olaraq, “had better” yarım-modalının işlədilməsində kiçik bir
nüans var: məsləhətə əməl olunmayacağı təqdirdə
xoşagəlməz bir hal yarana bilər.
Məsələn:
- You'd better do what I say; otherwise you will get into
trouble. – Yaxşısı
budur mən deyəni edəsən, əks təqdirdə problemin olacaq.
- I'd better get back to work or my boss will be angry with me.
– Yaxşısı budur mən işə geri
dönüm, yoxsa müdir mənə acıqlanacaq
- We'd better get to the airport by five; otherwise we may miss
the flight. – Yaxşısı budur ki, biz
saat 5-dək hava limanında olaq, əks halda uçuşa gecikə bilərik.
Bu
cümlələr sizi çaşdırmasın; “had better” özünün qısa formasında (contraction)
verilmişdir
“you’d better” = “you had better”
və s.
Qeyd: “had better” məsləhət almaq üçün
sual formasında çox nadir işlənir. Bu cür hallarda adətən “should” işlənir:
- Had I better phone him now? (az
rastlanan)
- Should I phone him now? (çox rastlanan)
Modal Verbs səhifəsinə geri dön
0 comments:
Post a Comment