Friday, 16 May 2014

Prepositions of place - Məkan bildirən sözönləri

Məkan bildirən sözönlərinin işlənməsi praktikası zaman bildirən sözönləri ilə müqayisədə bir xeyli  mürəkkəbdir. Belə ki, bu sözönlərinin işlənməsi ilə bağlı bir siyahı və ya cədvəl tərtib edəsi olsaq, (zaman bildirən sözönləri ilə olduğu kimi) bu cox uzun bir siyahı\cədvəl olacaq. Odur ki, bu sözönlərinin işlənməsi ilə bağlı formalaşmış ümumi təsəvvürü və əksər hallar üçün keçərli olan bəzi qaydaları bilmək böyük bir siyahını yadda saxlamaqdan daha faydalıdır.

İngilis dilində insan, əşya və hadisələrin (isimlərin) yerləşdiyi məkanla bağlı məlumat vermək üçün adətən at, inon kimi üç əsas sözönündən istifadə olunur.

Bəs bu üç sözönü bizə ismin yerləşdiyi məkanla bağlı konkret nə deyir?

At
sözönü bizə ismin konkret bir məkanda, məntəqədə və ya nöqtədə olmasını söyləməklə onun yerləşdiyi yer barədə ilkin məlumat verir.
·        
  At the window
pəncərədə
·         At the doorqapıda
·         At the entrancegirişdə
·         At the end of the streetküçənin sonunda
·         At the stationvağzalda
·         At the topyuxarıda\yuxarısında

Anar is waiting for you at the bus stop
Anar səni avtobus duracağında gözləyir
     1.       At  sözönü bir ismin bir tədbirdə (event) yerləşməsini bildirmək üçün işlədilir:
-- at a concertkonsertdə, at a meetingiclasda, görüşdə, at a partyziyafətdə, at a conferencekonfransda, at a football match futbolda və s.
 
     2.       At sözönü tədbir və hadisənin baş verdiyi və ya keçirildiyi tikili və binalarla da işlənir:
--
I was at the cinema yesterdayDünən mən kinoda idim\kinoya getmişdim.
--
The meeting took place at the headquartersİclas\görüş baş qərargahda keçirildi.
--
The party was held at Ahmed’s houseQonaqlıq Əhmədgildə idi.
Qeyd: Göründüyü kimi, bu cümlələrdə söhbət adı çəkilən binaların içindən ya çölündən getmir. Binalar burda sadəcə konkret hadisə və tədbirin baş verdiyi\keçirildiyi məkan olaraq hallandırılır. Bununla bağlı irəlidə başqa nümunələr də var.

     3.       At sözönü bir yolçuluğa və ya gediş-gəliş marşrutuna daxil olan məkan və məntəqələr üçün işlədilir. Məsələn, fərz edək ki, avtomobillə uzun bir yolçuluq edirik və yolustu abad bir kənddə\qəsəbədə\şəhərdə dayanıb fasilə edirik. Bu zaman deyirik:
--
We stopped at (not in) a very nice village\settlement\town.
və ya Bakıdan Yevlax istiqamətində qatarla yola düşürük. Bələdçidən qatarın Kürdəmirdə dayanıb-dayanmayacağını öyrənmək istəyirik:
-- Does the train stop at (not in) Kurdamier?
İnbizə ismin qapalı bir yerdə olduğunu bildirir. Burda “qapalı” sözünü yalnız çəpərli, hasarlı və ya təcrid olunmuş mənalarında başa düşmək yalnış olardı. “Qapalı yer” dedikdə hər tərəfindən müxtəlif məsafədən və müxtəlif cisimlərlə əhatə olunmuş bir mühit nəzərdə tutulur.
·         In the garden - bağda
·         In the box - qutuda
·         In the house – evdə
·         In a row – sırada, sətirdə
·         In a town – şəhərdə
There is nobody in the room – Otaqda heç kim yoxdur.                                                                
She lives in a small village – O kiçik bir kənddə yaşayır.
     1.       İn sözönü bina və tikililərin özlərindən bəhs olunduqda işlədilir.
-- The rooms in Ahmed’s house are smallƏhmədgilin evindəki (evinin içindəki) otaqlar kiçikdir.
     2.       İn sözönü qəzet, şəkil, güzgü, yataq, səma, küçə, kənd, qəsəbə, şəhər, şəhər kənarı, bölgə, ölkə və dünya kimi sözlərlə əvəzolunmadan işlədilir (yuxarıda at sözönü ilə bağlı qeyd olunmuş hal istisna olmaqla):
-- Ahmed’s parents live in the countryƏhmədin valideynləri şəhər kənarında yaşayırlar.
On sözönü bizə ismin bir predmetin səthində yerləşdiyini söyləyir. Yəni, daha sadə tərzdə desək,  ismin konkret və ya mücərrəd olan bir materiyanın səthinə bitişik və ya bərkidilmiş halda olduğunu xəbər verir və dilimizə “- da”, “- də” və “üstündə” (“üzərində” deyil) kimi tərcümə olunur.
·         On the ceiling - tavanda
·         On the floordöşəmənin üstündə
·         On the carpetxalçanın üstündə
·         On the tablestolun üstündə
·         On a pagesəhifədə
Have you seen the notice on the wall?Divardakı (divardan asılan, divara bərkidilmiş) elanı görmüsən?
  1. On sözönü kiçik adalarla (small islands) işlənir:
    -- She spent her holiday on a small islandO öz məzuniyyətini kiçik bir adada keçirdi.
  2. On sözönü tətil və məzuniyyətlərlə işlənir:
    -- She is on holiday for three weeksO, üçhəftəlik məzuniyyətdədir.
  3. On sözönü bir ismin çay sahilində (on the coast\on a river), yol üstündə, yol kənarında (on a way\road), bir məkanın sag və ya sol (on the right\left) tərəfində olduğunu bildirmək üçün işlənir:
    -- London is on the river ThamesLondon Temza çayının sahilindədir.
    -- Portsmouth is on the south coast of EnglandPortsmut İngiltərənin şimal sahilindədir.
    -- That cafe is on my way\road to
    workHəmin kafe mənim işə gedən yolumun üstündə\kənarındadır.
    -- The cinema is on the right hereKino-teatr burda sağdadır.
  4. On sözönü radio və televiziya, eləcə də mərtəbə (floor) sözləri ilə işlənir:
    -- There is an interesting talk show on the radio\television tonightBu
    axşam radioda\televiziyada maraqlı bir tok-şou olacaq.
    -- On the ground\first\fifth floor1-ci\2-ci\5-ci mərtəbədə.

İndi isə bu üç sözönlərinin işlənməsi ilə bağlı bir neçə qaranlıq məsələyə aydınlıq gətirək.
Məsələ 1
                     1.       He is at school
                     2.       He is in school
Əvvəla, bunu bilmək vacibdir ki, “school” – “məktəb” sözü inat sözönlərinin işlənməsi baxımından çox tez-tez çaşqınlıq yaradan  bir məsələdir.
Bu ifadələrin fərqinə nəzər salaq.
Birinci ifadədə ismin yeri, ümumiyyətlə mövcud olduğu məkan tipi vurğulandığı halda, ikinci ifadədə ismin yerləşdiyi bina tipi vurğulanmaqdadır. Ümumiyyətlə, məktəb sözü ilə nə zaman in, nə zaman at sözönlərinin işlənməsinin və bunlardan hansının doğru, hansının isə yalnış olduğunun  izahı uzun və yorucu bir məlumatdır. Odur ki, bu məsələdə çaşqınlıq yaşamamaq üçün yalnız bir məqamı yaxşı-yaxşı yadda saxlamaq lazımdır: “in school” ifadəsi yalnız iki halda keçərli sayılır;
1.       İsmin məktəb adlı müəssisənin binası içərisində olduğunu bildirdikdə;
Məsələn, fərz edək ki, siz şagirdsiniz. Bir sinif yoldaşınızın\dostunuzun evine zeng edib onu soruşursunuz. Evdən sizə dostunuzun məktəbdə olduğunu söyləyirlər: “He\She is at the school.” Bu zaman nə sizə bu məlumatı verən şəxs, nə də siz dostunuzun məktəbin həyətində və ya binası içərisində olduğunu bilmirsiniz. Sonra siz məktəbə gedirsiniz və həyətdə mühafizəçi ilə rastlaşırsınız. Ondan dostunuzu xəbər alırsınız və mühafizəçi sizə onun məktəb binasında olduğunu söyləyir:
--He\She is in the school (incide the school building).
2.       Birinin, əsasən şagirdin, məktəbdə oxuduğunu\məktəbli olduğunu bildirdikdə.
                  Məsələn, 
                  -- Does your son work anywhere?Oğlunuz hardasa işləyir?
                  -- No, he is still in schoolXeyr, o hələ oxuyur\məktəbdədir.
Qalan bütün hallarda isə “at school” ifadəsi keçərlidir.
Məsələ 2.
“O fermada böyümüşdür” ifadəsi üçün bir test sualına nəzər  salaq:
She grew up ___ a farm.
·         at
·         in
·         on
Sizcə?
Çaşdırıcıdır, deyilmi?
Hər şeydən əvvəl fermanın necə bir yer olduğunu müəyyənləşdirək ki, o bizə bəzi ipucları versin. Ferma – adətən, bir örüş\torpaq sahəsi (field) və bu sahənin üstündə bir-birinə yaxın tikilmiş tayalıqlar (barns) və tövlələrdən (stables) ibarət bir ərazidir. Yəni, ətrafı açıqlıqdır, fiziki baxımdan qapalı bir yer deyil. Burdan aydın olur ki, bu sualın cavabının in olma ehtimalı, hardasa, sıfıra bərabərdir. Bir də ferma evi (farm house) olur ki, burda da fermada çalışanlar qalır. İfadədən başa düşmək olur ki, bəhs olunan şəxs yalnız gecəni bu evdə keçirib, günün qalan bütün zamanları isə “ferma” adlanan o ərazidə olub. Burda ferma özünün sərhədləri ilə (ferma itləri adətən bu sərhədləri çox dəqiqliklə qoruyurlar) kiçik bir adanı xatırladır. Odur ki, kiçik adalar üçün hansı sözönü keçərlidirsə, ferma üçün də onu işlətmək daha uyğundur. Dolayısı ilə, bu cümlə üçün keçərli olan cavab on sözönüdür:
--She grew up on a farm.

Məsələ 3.
--Did you learn English ___ Malta?
  • in or on?
Təbii ki, cavabla bağlı şübhəniz olacaq. Belə ki, Malta bir kiçik adadır, həm də ölkədir. Yuxarıda qeyd etmişdik ki, kiçik adalarla on, ölkələrlə isə in işlənir. Elə isə verilmiş halda bu sözönlərindən hansını işlətmək doğru olardı? Cavab o qədər də mürəkkəb deyil. – Əvvəla biz Malta dedikdə öncə ölkəni qəsd edirik. Maltanın özlüyündən bir ada, yarımada və ya kontinentin bir parçası olması onun bir ölkə\dövlət olması faktını dəyişdirmir. Bundan əlavə, ada-dövlətlər üçün hər zaman in keçərlidir. Odur ki, doğru seçim burda in sözönüdür:
--Did you learn English in Malta?

Bu dəfəlik bu qədər,
Dərsimiz çox uzun oldu. Sözönləri ilə bağlı daha qısa dərslərlə görüşənədək :) 



0 comments:

Post a Comment

Ads 468x60px

Social Icons

Featured Posts