Wednesday, 30 July 2014

Modals for obligation - Öhdəlik və məcburiyyət bildirən modallar

İngilis dilində öhdəlik və məcburiyyət bildirmək üçün bu modallardan istifadə edilir:

  • Must (modal)
  • Have to (yarım-modal)
Bu iki modal, cümlədə çox vaxt bir-birinin yerinə işlənə bilirlər. Bu baxımdan onların arasında çox cüzi fərqlər var.

Must
Must (“-malı”,”- məli”)öhdəlik bildirir. Cümlədə “must” işləndiyi zaman cümləni söyləyən şəxsin  öz iradəsini  ortaya qoyduğu və öz istəyini və şəxsi fikrini dilə gətirdiyi başa düşülür. Yəni öhdəlik cümləni söyləyən şəxsin özündən qaynaqlanır.
Məsələn:
  • I must clean my room.Otağımı təmizləməliyəm.
Bu cümlədə otağın təmizlənməsi öhdəliyindən bəhs edilir və bu öhdəlik cümləni söyləyən şəxsin öz seçimidir.
  • You must study English at least 15 minutes a day.Gündə ən az 15 dəqiqə İngilis dili üzrə çalışmalısan.
Bu cümlədəki öhdəlik də cümləni söyləyən şəxs tərəfindən önə sürülür.
“Must” modalının keçmiş zaman forması olmadığından, keçmiş zamandakı öhdəliyi bildirmək üçün “have to “ yarım-modalının keçmiş zaman forması -“had to” işlədilir.
“Must” modalı indiki bitmiş zamanda işləndikdə keçmişlə bağlı yəqinlik, inkarda işləndikdə isə qadağa bildirir.
  • He must have come. – O yəqin ki, gəlib.
  • You mustn’t smoke here.Burda siqaret çəkməli deyilsən (olmaz).
Have to
Have to məcburiyyət bildirir. Cümlədə “have to” işləndikdə cümləni söyləyən şəxslə heç bir əlaqəsi olmayan, kənar faktorlardan – şərtlərdən, vəziyyətdən, qanun və qaydalardan -  qaynaqlanan bir məcburiyyətdən bəhs edildiyi aydın olur.
Məsələn:
  • You have to stop when the traffic light is red.İşıqfor qırmızı olduqda siz dayanmağa məcbursuz.
Bu cümlədə vurğulanan məcburiyyətin cümləni söyləyənlə bir əlaqəsi yoxdur. Burda yol hərəkət qaydasından, danışanın iradəsi xaricində yaranmış bir qaydadan bəhs edilir.
  • My grandfather is too old. He has to walk with a stick.Babam çox yaşlıdır. O əsa ilə gəzmək məcburiyyətindədir.
Bu cümlədə də göründüyü kimi, şərtlərdən qaynaqlanan bir məcburiyyətdən bəhs edilir.
Have to bütün zamanlarda işlənir
  • It will be very cold tomorrow. We will have to wear a coat. – Sabah çox soyuq olacaq. Biz palto geyməli olacağıq.
  • I missed the bus this morning so I had to go to school by a taxi. – Bu səhər avtobusa çatmadım, odur ki, məktəbə taksi ilə getməli oldum.
-- Bəzən elə cümlələr olur ki, orda kənar faktlardan qaynaqlanan məcburiyyət ifadə edilmiş olsa da, “have to” yerinə “must” işlənir. Bu, o vaxt baş verir ki, cümləni söyləyən şəxs bu məcburiyyətin qaynaqlandığı qanun və qaydaları mənimsəyir və dəstəkləyir.
Məsələn:
  • You have to stop when the traffic light is red
Bu cümləni söyləyən şəxs sadəcə yol hərəkətində əməl edilməli olan bir qaydadan bəhs edir.
  • You must stop when the traffic light is red
Bu cümləni söyləyən şəxs isə əməl edilməli olan bu qaydanı bəyəndiyini və dəstəklədiyini bildirir.

-- Bəzi hallarda cümlədə ifadə olunan məcburiyyətin yerinə yetirilməsi çox təcili olur.Bu cür hallarda məcburiyyətin nədən qaynaqlandığına baxmadan must işlənir.
  • I must finish this article till tomorrow morning.Bu məqaləni sabah səhərədək bitirməliyəm\bitirmək məcburiyyətindəyəm.
-- Bəzən danışanın özünün işləm və yaşam tərzinin tərkib hissəsi kimi alışqanlıq halına gələn öhdəlikləri olur. Bunlardan bəhs edərkən (xüsusilə də 1-ci şəxsin həm təkində, həm də cəmində) “have to” işlənir.
  • I have to pick up my children from the school at a quarter to six every evening on week days.Həftəarası hər axşam saat altıya 15 dəqidə qalmış uşaqları məktəbdən almalıyam.

Qeyd: məcburiyyətin nədən qaynaqlandığını ayırd edə bilmədiyiniz hallarda “have to” işlədin.


Modal Verbs səhifəsinə geri dön

0 comments:

Post a Comment

Ads 468x60px

Social Icons

Featured Posts