Saturday, 26 July 2014

Məsləhət və tövsiyyə bildirən modallar -- Modals for advice


İngilis dilində məsləhət və tövsiyyə üçün aşağıdakı modallardan istifadə edilir:
  • should
  • would
  • had better (yarım-modal)
Should
Should indiki zamanda məsləhət vermək üçün işlədilir və “yaxşı olar ki” və ya “məsləhətdir ki” kimi mənalar verir:
Formulu: Subject + Should + Base verb
  • You should eat healthy food – Məsləhətdir ki, sən sağlam ərzaqla qidalanasan
  • You should exercise every day – Yaxşı olar ki, sən hər gün idman eləyəsən
Should keçmiş zamanda da əməl edilməmiş məsləhət üçün işlədilir və “yaxshı olardı ki” və ya “gərək” kimi mənalar verir:
Formulu: Subject + Should +Have + Past Participle
  • You should have eaten healthy food – Yaxşı olardı ki, sən sağlam ərzaqla qidalanaydın
  • You should have exercised every day – Gərək sən hər gün idman edəydin
Should inkarda işləndikdə bir işin görülməməsini məsləhət olaraq ifadə edir :
  • You should not smoke – Yaxşı olar ki, siqaret çəkməyəsən
  • You should not have eaten so much candy – Gərək bir belə çox şirniyyat yeməyəydin

Would
Would modalı da məsləhət vermək üçün işlədilir və bu zaman məsləhət verən şəxs (danışan) özünü məsləhət verdiyi şəxsin (dinləyənin) yerinə qoyur və nəticədə məsləhət tamamilə nəzəri fərziyyə xarakteri daşıyır.
Məsələn:
  •        If I were you, I would return him the money – Mən sənin yerinə olsaydım, pulu ona geri qaytarardım
  •       In your place, I would look for another hotel to stay – Yerinə olsaydım, qalmağa başqa hotel gəzərdim
Bu cümlələr qeyri-reallıq bildirən şərti cümlələrdir (Second Conditional). Bu cümlələrdə danışanın dinləyənin yerinə olması mümkün deyil. Odur ki, burdakı məsləhət fərziyyə olaraq qəbul edilir.
“If I were you” ifadəsini hər zaman işlətmək vacib deyil.
  •        I would not do that – Mən bunu etməzdim
  •        I would study hard – Mən bərk çalışardım
Bir qayda olaraq, danışan “would” modalını işlədərkən subyekt qismində özünü göstərir, ancaq bu minvalla qarşısındakına və ya bir başqasına məsləhət verir.
Məsələn:
  •       I would choose the red shirt if I were you – Mən sənin yerinə olsaydım, qırmızı köynəyi seçərdim
Bununla, danışan qarşısındakına demək istəyir:
  •      You should choose the red shirt – Yaxşı olar ki, sən qırmızı köynəyi seçəsən
“Should” və “would” modallarından yalnız məsləhət vermək üçün deyil, həm də məsləhət almaq üçün istifadə edilir və bu zaman cümlə sual formasında qoyulur:
  •       What should I do? – Mənə nə etməyi məsləhət görürsən?
  •       What would you do in my place? – Mənim yerimə olsan, nə edərdin?

Had better
Baxmayaraq ki, “had” “have” köməkçi feilinin keçmiş zaman formasıdır, “had better” yarım-modalı indiki və gələcək zamanlara yönəlik məsləhət vermək üçün işlədilir və dilimizə “yaxşısı budur\budur ki” kimi tərcümə olunur:
  •       I had better go back home – Yaxşısı budur, mən evə qayıdım.
  •       You had better wear a jacket. It’s cold outside. – Yaxşısı budur ki, sən pencək geyəsən. Bayırda        soyuqdur.
“Had better” yarım-modalının cümlədə işlənmə formulu “should” modalı ilə eynidir: hər ikisi əsas feilin baza hissəsi ilə, yəni “to” məsdər hissəciyi olmadan işlənir; hər ikisinin inkar forması eynidir:
  •       You had better\should tell her everything – Yaxşısı budur\yaxşı olar ki, sən ona hər şeyi                      söyləyəsən
  •       You had better\should not tell her anything – Yaxşısı budur\yaxşı olar ki, sən ona heç nə                    söyləməyəsən
“Had better” yalnız xüsusi hallarda məsləhət vermək üçün keçərlidir. Ümumi hallar üçün hər zaman “should” modalı işlədilir:
  •       You should brush your teeth before you go to bed. – Məsləhətdir ki, yatmazdan əvvəl dişlərinizi            təmizləyəsiz
  •        I shouldn't listen to negative people. – Yaxşı olar ki, mən mənfi insanlara qulaq asmayim
Bu, o anlama gəlmir ki, xüsusi hallar üçün yalnız “had better” yarım-modalı işlənir. “Should” bütün hallar üçün keçərlidir. Məhdudiyyət yalnız “had better” yarım-modalına aiddir. Ancaq, “should” modalından fərqli olaraq, “had better” yarım-modalının işlədilməsində kiçik bir nüans var: məsləhətə əməl olunmayacağı təqdirdə xoşagəlməz bir hal yarana bilər.
Məsələn:
  • You'd better do what I say; otherwise you will get into trouble. – Yaxşısı budur mən deyəni edəsən, əks təqdirdə problemin olacaq.
  • I'd better get back to work or my boss will be angry with me. – Yaxşısı budur mən işə geri dönüm, yoxsa müdir mənə acıqlanacaq
  • We'd better get to the airport by five; otherwise we may miss the flight. – Yaxşısı budur ki, biz saat 5-dək hava limanında olaq, əks halda uçuşa gecikə bilərik.
Bu cümlələr sizi çaşdırmasın; “had better” özünün qısa formasında (contraction) verilmişdir
“you’d better” = “you had better” və s.
Qeyd: “had better” məsləhət almaq üçün sual formasında çox nadir işlənir. Bu cür hallarda adətən “should” işlənir:
  • Had I better phone him now? (az rastlanan)
  • Should I phone him now? (çox rastlanan)

Modal Verbs səhifəsinə geri dön

Ehtimal və imkan bildirən modallar -- Modals for possibility



Ehtimal və imkan bildirən modallar aşağıdakılardır:
  •      may
  •      might
  •      could
  •      must
      May və might indiki və gələcək zamana yönəlik ikibaşlı ehtimalları ifadə etmək işlədilir və bu zaman hər ikisi “bəlkə”, “bəlkə də” və “ola bilsin ki” mənalarını verir. Yəni, ortada bir yəqinlik, əminlik və dəqiqlik olmur.
      May daha rəsmidir və əsasən yazılı ədəbiyyatda işlədilir.
      Might isə daha çox şifahi nitqdə işlədilir.

Məsələn:
  •       Where is Samir? He may/might be in his room. – Samir hardadır? Bəlkə də o öz otağındadır.
  •       We may/might go to the park tonight. – Ola bilsin ki, biz bu axşam parka gedək.
Could indiki və gələcək zamanda həm ehtimal, həm də imkan bildirir.
Məsələn:
  •       Where are my keys? – They could be in the car. – Açarlarım hardadır? – Ola bilsin ki, maşındadı. (ehtimal)
  •       Tonight we could go to the party as well. – Bu axşam biz qonaqlığa da gedə bilərik. (imkan)
      Must isə ehtimal və imkan bildirən digər modallardan fərqli olaraq, birbaşlı ehtimal və ya yəqinlik və ya yəqinliyə inam ifadə edir və cümlədə “yəqin”, “yəqin ki” və ya “çox güman ki” mənalarını verir.
Məsələn:
  •       Everyone is wearing a jacket. It must be cold. – Hami pencək geyinir. Yəqin soyuqdur. (Yəqinlik)
  •       He didn’t eat anything this morning. He must be hungry now. – O, bu səhər heç nə yemədi. Çox güman ki, indi acdır. (Yəqinliyə inam)
Keçmiş zaman
      May, might və could modallarının hər üçü keçmiş zamanla bağlı ehtimalları da eyni dərəcədə ifadə etmək üçün işlədilir və bu cür formalaşır: Modal + have + past participle
  •       He may have come to work early  – Bəlkə də o, işə erkən gəlib
  •       She might have gone home late – Ola bilsin ki, o, evə gec gedib
  •       They could have caught a cold – Bəlkə də onları soyuq alıb
      Must modalı da keçmiş zamanda yəqinlik və ya yəqinliyə inam ifadə etmək üçün eyni qaydada işlədilir:
·         Germany must have won the game – Çox güman ki, Almaniya oyunu qazanıb

Could not
      Bənzər şəkildə ehtimal ifadə etmələrinə baxmayaraq, could modalının inkar forması may və might modallarının inkar formasından fərqlənir.

      May not və might not bir şeyin mümkün olmamaq və ya baş verməmək ehtimalını ifadə edir.

      Could not isə bir şeyin əsla mümkün olmadığına və ya ola bilməyəcəyinə inamı ifadə edir.

Məsələn:
·         This idea may not be the best one – Ola bilsin ki, bu fikir ən yaxşı fikir deyil.
·         We might not go to the party tonight – Bəlkə də bu axşam qonaqlığa getməyəcəyik.
·         She could not know who my friend is.  They have never met. – Ola bilməz ki\mümkün deyil ki, o mənim dostumu tanısın. Onlar heç vaxt görüşməyiblər.
·         You could not be hungry now. You have just eaten. – Mümkün deyil ki, sən indi ac olasan. Sən bayaq yedin.


Modal Verbs səhifəsinə geri dön

Bacarıq bildirən modallar -- Modals for ability



Bacarıq bildirmək üçün istifadə olunan modallar:   
  •           can
  • ·         could
  • ·         be able to
Məsələn:

İndiki zaman

  • ·         I can speak English – Mən ingiliscə danışa bilirəm
  • ·         He can play chess – O şahmat oynaya bilir
Keçmiş zaman

  • ·         I could speak English when I was young – Mən gənc ikən ingiliscə danışa bilirdim
  • ·         He could play chess when he was 5 – O beş yaşında şahmat oynaya bilirdi
Gələcək zaman

  • ·         I will be able to speak English in two years – Mən iki ilə ingiliscə danışa biləcəyəm
  • ·         He will be able to play chess next year – O növbəti il şahmat oynaya biləcək
“Able to” felin digər zaman formaları ilə də işlənir.
Məsələn:

  • ·         I have been able to speak many languages in my life – Mən həyatım boyu bir çox dillərdə danışa bilmişəm
  • ·         He used to be able to play many sports games – O əvvəllər bir çox idman oyunlarını oynaya bilirdi
  • ·         We will have been able to finish the work tomorrow – Biz sabah işi qurtarmaq iqtidarında olacağıq

İnkar formaları
Can və could modallarının inkar forması modalla əsas felin arasına “not” inkar hissəciyi yerləşdirməklə düzəlir.

Məsələn:

  • ·         I can not (can’t) speak English – Mən ingiliscə danışa bilmirəm
  • ·         He can’t play chess – O şahmat oynaya bilmir

  • ·         I could not speak English when I was young – Mən gənc ikən ingiliscə danışa bilmirdim
  • ·         He could not play chess a year ago – O bir il əvvəl şahmat oynamağı bilmirdi

“Be able to” modalının inkar forması isə zamanlara görə fərqlənir. Belə ki, gələcək zamanda not hissəciyi subyekt+will  kombinasiyası ilə be able to-nun arasına,  indiki və keçmiş zamanda isə şəxsə və zamana görə hallanmış be ilə able to-nun arasına yerləşir.

Məsələn:

  • ·         I will not be able to speak English in a year – Mən bir ilə ingiliscə danışa bilməyəcəm
  • ·         He will not be able to play chess for two years – O, iki il şahmat oynaya bilməyəcək

  • ·         He is not able to play chess now. He is too busy – O indi şahmat oynamaq iqtidarında deyil. O çox məşğuldur.
  • ·         Though I can speak English very well I was not able to express myself yesterday – İngiliscə çox yaxşı danışa bilməyimə baxmayaraq, dünən öz fikrimi çatdıra bilmədim

Qeyd:  indiki və keçmiş zamanlarda insanların bir işi ümumiyyətlə bacarıb-bacarmadığı ilə bağlı fikir yürüdərkən can və could modalları keçərlidir. “Be able to” isə yalnız insanların ümumiyyətlə malik olduğu bacarıqlarla bağlı xüsusi və ya istisna hallar üçün işlədilir. Sonuncu iki nümunəyə baxaq:

“He is not able to play chess now. He is too busy.”

Burda aydındır ki, şəxs yalnız indi şahmat oynaya bilmir, çünki çox məşğuldur. Ümumiyyətlə isə o şahmat oynamağı bacarır. “İndi” burda istisnadır.
Həmçinin ikinci nümunə:

“Though I can speak English very well I was not able to express myself yesterday.”

Şəxs ingiliscə danışmağı ümumiyyətlə çox yaxşı bacarır. Ancaq buna baxmayaraq, o dünən öz fikrini ifadə edə bilməyib. Burda “dünən” bir istisnadır.

Sual formaları
Bacarıq bildirən modalların sual formaları sözlərin sırasını dəyişməklə düzəlir.
Məsələn:

  • ·         Can/could he speak English? – O ingiliscə danışa bilir/bilirdi?
  • ·         Will she be able to play chess? – O şahmat oynaya biləcək?
Unutmayın, “will be able” sual formasında parçalanır:

  • ·         Will she be able to play chess?

Modal Verbs səhifəsinə geri dön

Saturday, 19 July 2014

Interjections -- Nida bildirən ifadələr --Mövzusunda İnteraktiv Test

İnterjections -- Nida bildirən ifadələr 

  • İngilis dilində nə qədər bu kimi ifadələr var?
  • Onlar hansı məqamda hansı hissləri ifadə edirlər?
  • Digər nitq hissələrindən fərqi nədir?
Əminəm ki, bir çoxunuz bu sualların tam cavabını bilmirsiz. Bəziləriniz isə-yeni dil öyrənənlər-bu haqda heç məlumatınız belə yoxdur.
İnterjections mövzusundakı bu interaktiv test sizə bu və digər sualların cavabını tapmaqda kömək edə bilər.
Test 15 multiple choice tipli sualdan ibarətdir. Sonda nəticələrlə tanış olma imkanı var. Testin giriş slaydındakı maraqlı animasyon təqdimat və klassik fon musiqisi test qabağı gərginliyi aradan qaldırır və istifadəçidə xoş əhval-ruhiyə yaradır.

Faydalı öyrənmə və əyləncələr!

Testi buradan yükləyin

Friday, 11 July 2014

Subject-Verb Agreement – Mübtəda –xəbər uzlaşması

Subject-Verb Agreement – Mübtəda –xəbər uzlaşması

Bu uzlaşmadakı səhfləri tapmaq üçün doğru mübtədanı və xəbəri müəyyənləşdirmək tələb olunur.
ƏSAS ƏLAMƏT:
Tək halda olan mübtəda tək halda olan xəbərlə, cəm halda olan mübtəda isə cəm halda olan xəbərlə uzlaşır.

Məsələn: The list of participants is/are on the desk. – İştirakçı\ların siyahısı masanın üstündədir.

Əgər siz bu cümlədə “list”-in mübtəda olduğunu bilsəz, xəbər olaraq “is”-I seçmiş olarsız.

ƏLAMƏT 1:
Mübtəda “of”sözönü ilə başlayan ifadələrdən öndə gəlir.  Bu, mübtədaları başa düşmək üçün əsas əlamətdir. Çünki mübtəda-xəbər uzlaşmasındakı səhflərin 90 %-I  bu sözönündən qaynaqlanır.

Məsələn:
·         Xətalı: A bunch of ripe bananas lend fragrance to the room.- Bir dəstə dəymiş banan otağa xoş ətir verilər. 

·         Doğru: A bunch of ripe bananas  lends  fragrance to the room. – Bir dəstə dəymiş banan otağa xoş ətir verir. (bunch lends, not bananas lend)

ƏLAMƏT 2: “Or” və “either\or” və ya “neither\nor” qoşa bağlayıcılarla birləşmiş iki mübtəda tək halda olan xəbərlə uzlaşır..
Məsələn:

·         My father or my mother is arriving by train today.- Ya atam, ya da anam bu gün qatarla gəlir.
·         Neither Aycel nor Ayan is available.- Nə Aysel, nə də Ayan ortalıqda deyil.
·         Either mother or sister is helping today with her homework. – Nə anası , nə də bacısı bu gün ona ev tapşırığını ilə bağlı kömək etməyəcək.

ƏLAMƏT 3: “Or” və “either\or” və ya “neither\nor” bağlayıcıları  ilə əmələ gələn cümlələrdə xəbər özünə mövqecə ən yaxın olan mübtəda ilə uzlaşır. (Proximity rule – Yaxınlıq qaydası)
Məsələn:

·         Neither the plates nor the serving bowl goes on that shelf. – Nə boşqablar, nə də tabaq o rəfə sığmır.
·         Neither the serving bowl nor the plates go on that shelf. – Nə tabaq, nə də boşqablar o rəfə sığmırlar.


Ancaq bu qayda ingilis dilində bəzi yöndəmsiz cümlələrin yaranmasına səbəb olur.
       
Məsələn: 

·         Neither she, my friends, nor I am going to the meeting. -  Nə o, nə dostlarım, nə də mən iclasa getmirəm.

Bu cümlə qrammatik baxımdan doğru olsa da, estetik baxımdan yöndəmsizdir. Məsləhətdir ki, bu cür cümlələrə struktur düzəlişi edilsin.
Məsələn:

·         Neither she, I, nor my friends are going to the meeting. – Nə o, nə mən, nə də dostlarım iclasa getmirik.
        Və ya:

She, my friends, and I are not going to the meeting. – O, dostlarım və mən iclasa getmirik.

ƏLAMƏT 4:  Cümlədə iki və daha artıq mübtəda varsa və onlar “and” bağlayıcısı ilə birləşmişlərsə, xəbər cəm halda olur.
Məsələn: 
·         A car and a bike are my means of transportation.- Avtomobil və velosiped mənim nəqliyyat vasitələrimdir.

Bu istisnaları unutmayın:
·         Breaking and entering is against the law.- Sındırıb, içəri girmə qanuna ziddir.
Bu cümlədəki breaking and entering ifadəsi mürəkkəb isimdir.

ƏLAMƏT 5:  Bəzən mübtəda xəbərdən “ along with”, “as well as”,” besides”,” not” kimi söz və ifadələrlə ayrılır. Bu söz və ifadələr mübtədanın tərkib hissəsi deyil. Onları görməzdən gəlin və əgər mübtəda tək haldadırsa, xəbəri də tək halda işlədin.
Məsələn:
·         The teacher, along with the students, was called to the principal’s office. – Müəllim şagirdlərlə yanaşı direktorun otağına çağırıldı.
·         Excitement, as well as nervousness, is the main cause of her illness. – Həyəcan, həmçinin əsəbilik, onun xəstəliyinin əsas səbəbidir

ƏLAMƏT 6:  Bu, demək olar ki, Əlamət 1-in tərsidir. “Of” sözönü porsiya bildirən—percent, fraction, majority, some, all, və s.— kimi sözlərlə işləndikdə, “of” sözönündən sonra gələn isim cümlənin mübtədasına çevrilir və əgər bu isim tək haldadırsa, xəbər də tək halda olur. Bu isim cəm halda olarsa, xəbər də cəm hala düşür.

Məsələn:
§  Fifty percent of the pie has disappeared. – Piroq 50 % yoxa çıxıb.
§  Fifty percent of the pies have disappeared.- Piroqlar 50 % yoxa çıxıb\lar.
§  A third of the city is unemployed. – Şəhər üçdə- bir işsizdir.
§  A third of the people are unemployed. – İnsanlar üçdə-bir işsizdir\lər.
§  All of the cake has been eaten. – Bütün tort yeyilib.
§  All of the cakes have been eaten. – Bütün tort kəsikləri yeyilib\lər.
§  Some of the pie is missing. – Piroqun bir hissəsi\qədəri əksikdir (kəsilib, yeyilib və s).
§  Some of the pies are missing. – Piroqların bəzisi\bir neçəsi əksikdir\lər.

ƏLAMƏT 7:  Məsafə, zaman kəsiyi, pul məbləği  və bu kimi digər ifadələr cəm halda olmalarına baxmayaraq,, bir bütünlük, birlik mənası verirsə, xəbər tək halda işlənir.

Məsələn:
·         Three miles is too far to walk. – Üç mil piyada getmək üçün çox uzaqdır.
·         Five years is the maximum sentence for that offense. – Beş il bu cinayətin maksimum cəzasıdır.
·         Ten dollars is a high price to pay. – Qiymət üçün 10 dollar yüksək bir məbləğdir.

         Dəyişik salmayın:
·         Ten dollars (i.e., dollar bills) were scattered on the floor. – On dollar (10 ədəd 1 dollarlıq əskinaz) döşəmənin üstünə səpələnmişdi.

ƏLAMƏT 8:  Bəzi kollektiv isimlər (family, couple, staff, audience, etc.) cümlədəki funksiyalarından asılı olaraq gah tək, gah da cəm halda olan xəbərlə uzlaşırlar.

Məsələn:
·         The staff is in a meeting. – Heyət iclas keçirir.
·         Staff is acting as a unit. – Heyət vahid bir komanda kimi fəaliyyət göstərir.
·         The couple disagree about disciplining their child. – Evli cütlük uşaqlarının tərbiyəsi ilə bağlı fərqli fikirdədirlər.
·         The couple refers to two people who are acting as individuals. – Cütlük – bir fərd kimi fəaliyyət göstərən iki nəfərdir.

Qeyd:  Kollektiv isimləri işlədərkən cümlələrin ahənginin pozulmamasına diqqət etmək lazımdır. Belə bir nümunəyə baxaq:
·         The staff is deciding how they want to vote – Heyət necə səs verəcəklərini qərarlaşdırır

Diqqətli yazarlar və müsahiblər staff ismi ilə bağlı  is və they ifadələrini bir arada işlətməkdən qaçarlar  Mümkün olduqca bu cür cümlələri düzəliş edib, yenidən yazmaq məsləhətdir.

Ahəngli:
·         The staff are deciding how they want to wote. – Heyət necə səs verəcəklərini qərarlaşdırırlar.

Daha doğrusu:
·         The staff members are deciding how they want to vote. – Heyət üzvləri necə səs verəcəklərini qərarlaşdırırlar.

ƏLAMƏT 9:  Arzu və ya gerçəyə zidd olan halları ifadə edən cümlələrdə “were” ifadəsi “was” ifadəsini əvəz edir.

Məsələn: 
·         If Anar were here, you'd be sorry. – Anar burda olsaydı, sən üzülərdin.

Bu cümlədə Anar mübtədasından sonra uzlaşma normalarına əsasən  was xəbəri gəlməli idi. Ancaq cümlədən bəllidir ki, Anar faktiki olaraq burda deyil. Yəni gerçəyə zidd olan bir haldan söhbət gedir. Odur ki, burda “was” deyil, “were” işlənir. Bu cümlə feilin lazım şəklini (Subjunctive mood) nümayiş etdirir. İngilis dilində feilin bu şəkli tək halda olan mübtədaları adətən cəmdə işlənən xəbərlərlə uzlaşdırır.

Digər nümunələr:
·         I wish it were Friday. – Mən istərdim ki, indi cümə olsun.
·         Arzu requested that he raise his hand. – Arzu ondan əlini qaldırmğı xahiş etdi

Birinci nümunədə fakt deyil arzuedilən bir bəyanat ifadə olunur. Buna gorə də adətən cəm isimlərlə işlənən “were” feili tək halda olan “Friday” mübtədası ilə uzlaşdırılıb.


İkinci nümunədə “he raise” ifadəsi qəribə səslənərdi. Ancaq burda da bir xahiş ifadə olunmaqdadır. Odur ki, ifadə doğrudur.

Qeyd: Qeyri-rəsmi danışıq dilində feilin lazım şəkli (subjunctive mood) öz əhəmiyyətini itirib. Ancaq rəsmi danışıq dilində və yazıda hələ də işlədilməkdədir.

Bu dərsdən öyrəndiklərinizi yoxlamaq üçün testə baxın.


Yeni-yeni dərslərədək )

Ads 468x60px

Social Icons

Featured Posts