İngilis
dilində öhdəlik və məcburiyyət bildirmək üçün bu modallardan istifadə edilir:
- Must (modal)
- Have to (yarım-modal)
Bu
iki modal, cümlədə çox vaxt bir-birinin yerinə işlənə bilirlər. Bu baxımdan
onların arasında çox cüzi fərqlər var.
Must
Must (“-malı”,”-
məli”)öhdəlik bildirir. Cümlədə “must” işləndiyi
zaman cümləni söyləyən şəxsin öz iradəsini
ortaya qoyduğu və öz istəyini və şəxsi
fikrini dilə gətirdiyi başa düşülür. Yəni öhdəlik cümləni söyləyən şəxsin
özündən qaynaqlanır.
Məsələn:
- I must clean my room. – Otağımı təmizləməliyəm.
Bu
cümlədə otağın təmizlənməsi öhdəliyindən bəhs edilir və bu öhdəlik cümləni söyləyən
şəxsin öz seçimidir.
- You must study English at
least 15 minutes a day. – Gündə ən az 15 dəqiqə İngilis dili
üzrə çalışmalısan.
Bu
cümlədəki öhdəlik də cümləni söyləyən şəxs tərəfindən önə sürülür.
“Must”
modalının keçmiş zaman forması olmadığından, keçmiş zamandakı öhdəliyi bildirmək
üçün “have to “ yarım-modalının keçmiş zaman
forması -“had to” işlədilir.
“Must”
modalı indiki bitmiş zamanda işləndikdə keçmişlə bağlı yəqinlik, inkarda işləndikdə
isə qadağa bildirir.
- He must have come. – O yəqin ki, gəlib.
- You mustn’t smoke here. – Burda
siqaret çəkməli deyilsən (olmaz).
Have to
Have to məcburiyyət bildirir. Cümlədə
“have to” işləndikdə cümləni söyləyən şəxslə heç bir əlaqəsi olmayan, kənar
faktorlardan – şərtlərdən, vəziyyətdən, qanun və qaydalardan - qaynaqlanan bir məcburiyyətdən bəhs edildiyi
aydın olur.
Məsələn:
- You have to stop when the
traffic light is red. – İşıqfor qırmızı olduqda siz dayanmağa
məcbursuz.
Bu
cümlədə vurğulanan məcburiyyətin cümləni söyləyənlə bir əlaqəsi yoxdur. Burda yol
hərəkət qaydasından, danışanın iradəsi xaricində yaranmış bir qaydadan bəhs
edilir.
- My grandfather is too old. He has
to walk with a stick. – Babam çox yaşlıdır. O əsa ilə
gəzmək məcburiyyətindədir.
Bu
cümlədə də göründüyü kimi, şərtlərdən qaynaqlanan bir məcburiyyətdən bəhs
edilir.
Have
to bütün zamanlarda işlənir
- It will
be very cold tomorrow. We will have
to wear a coat. – Sabah çox soyuq olacaq. Biz palto geyməli
olacağıq.
- I
missed the bus this morning so I
had to go to school by a taxi. – Bu səhər avtobusa çatmadım, odur ki, məktəbə taksi ilə
getməli oldum.
-- Bəzən elə cümlələr olur ki, orda kənar
faktlardan qaynaqlanan məcburiyyət ifadə edilmiş olsa da, “have to” yerinə “must”
işlənir. Bu, o vaxt baş verir ki, cümləni söyləyən şəxs bu məcburiyyətin
qaynaqlandığı qanun və qaydaları mənimsəyir və dəstəkləyir.
Məsələn:
- You have to stop when the
traffic light is red
Bu
cümləni söyləyən şəxs sadəcə yol hərəkətində əməl edilməli olan bir qaydadan bəhs
edir.
- You must stop when the
traffic light is red
Bu
cümləni söyləyən şəxs isə əməl edilməli olan bu qaydanı bəyəndiyini və dəstəklədiyini
bildirir.
-- Bəzi hallarda cümlədə ifadə olunan məcburiyyətin
yerinə yetirilməsi çox təcili olur.Bu cür hallarda məcburiyyətin nədən
qaynaqlandığına baxmadan must işlənir.
- I must finish this article till tomorrow morning. – Bu məqaləni sabah səhərədək bitirməliyəm\bitirmək məcburiyyətindəyəm.
-- Bəzən danışanın özünün işləm və yaşam tərzinin
tərkib hissəsi kimi alışqanlıq halına gələn öhdəlikləri olur. Bunlardan bəhs edərkən
(xüsusilə də 1-ci şəxsin həm təkində, həm də cəmində) “have to” işlənir.
- I
have to pick up my children
from the school at a quarter to six every evening on week days. – Həftəarası hər axşam saat altıya 15 dəqidə qalmış
uşaqları məktəbdən almalıyam.
Qeyd: məcburiyyətin nədən
qaynaqlandığını ayırd edə bilmədiyiniz hallarda “have to” işlədin.
Modal Verbs səhifəsinə geri dön