Tuesday, 4 November 2014

Subject - verb agreement

Subject - Verb Agreement ---- Mübtəda - Xəbər uzlaşması


Bu interaktiv test ingilis dilini "intermediate" səviyyəsində öyrənənlər və öyrənmək istəyənlər üçün hazırlanıb.
Test "multiple choice" tipli 15 sualdan ibarətdir. Testin sonunda əldə etdiyiniz nəticələr təqdim edilir.
Testi işə salmaq üçün bilgisayarınızda Adobe Flash Player proqramının hər hansısa bir versiyası olmalıdır.

Testi buradan yükləyin

Click here to download

Friday, 17 October 2014

Standard-based assessment rubrics-2

FORMATİV QİYMƏTLƏNDİRMƏ VƏRƏQİ
(analitik)
                                                                                                 
                                                                                              V sinif  







Şagird: _________________                                                                Mövzu: _________________
Məzmun Standartı: 2.1.1; 2.1.2; 2.1.3                                                  Tarix: ____________

    Səviyyələr
Meyarlar        
Əla
Yaxşı
Kafi
Pis
  1. Yeni söz və ifadələrdən düzgün istifadə etmə
Yeni söz və ifadələrin hamısından düzgün iztifadə edir .
Hər 10 yeni söz və ifadənin 7-9-dan düzgün istifadə edir .
Hər 10 yeni söz və ifadənin 4-6-dan düzgün istifadə edir .
Hər 10 yeni söz və ifadənin yalnız 1-3-dən düzgün istifadə edə bilir .
  1. Kiçikhəcmli dialoqlarda iştirak etmə
Dialoqu sərbəst şəkildə başlayır, davam etdirir və bitirir.
Dialoqu bəzi tərəddüdlərlə başlayır, davam etdirir və bitirir.
Dialoqun yalnız giriş və bitiş replikalarını bilir, davam etdirə bilmir.
Dialoqu yalnız başlaya bilir, davam etdirib bitirə bilmir.
  1. Kiçikhəcmli mətnlərin məzmununu danışma
Məzmunu sərbəst şəkildə əhatəli və səlis danışır.
Məzmunu bəzi tərəddüd və ya boşluqlarla danışır.
Məzmunun əlamətdar hissələrini nəql edir, çoxlu boşluqlar verir.
Tərəddüdlərlə məzmundan yalnız bir fraqmenti danışa bilir.

Müəllim: __________________________



Saturday, 11 October 2014

Assessment Rubrics

Standartlara əsasən holistik və analitik qiymətləndirmə rubrikaları

V sinif

Saturday, 9 August 2014

Dərs Planı Nümunələri

V sinif tədris proqramına dair dərs planı nümunələri

İstədiyiniz dərs planı nümunəsini seçib bilgisayarınıza endirin.

Fathers' Day
My Flat
Our Country
Wild Animals-2

Saturday, 2 August 2014

Standard-based assessment rubric

FORMATIV QIYMƏTLƏNDIRMƏ VƏRƏQI

(holistik)

V sinif


Şagird: __________________                                                       Mövzu: ________________

Məzmun standartı:  1.1.1                                                               Tarix: ________________


Səviyyələr

Təsvir
Qeyd

Səviyyə I :        Əla



Müraciətlər zamanı sadə sualları düzgün başa düşür və tam cavablandırır.


Səviyyə II:      Yaxşı



Müraciətlər zamanı sadə sualları düzgün başa düşür, ancaq tam cavablandıra bilmir. Qısa və yarımçıq cavablar verir.


Səviyyə III:      Kafi



Müraciətlər zamanı sadə sualları qismən və ya yalnış başa düşür və cavablandırmaqda çoxlu tərəddüdlər edir .


Səviyyə IV:      Pis



Müraciətlər zamanı sadə sualları başa düşmür və cavablandıra bilmir.


Müəllim: ________________________



Wednesday, 30 July 2014

Modals for obligation - Öhdəlik və məcburiyyət bildirən modallar

İngilis dilində öhdəlik və məcburiyyət bildirmək üçün bu modallardan istifadə edilir:

  • Must (modal)
  • Have to (yarım-modal)
Bu iki modal, cümlədə çox vaxt bir-birinin yerinə işlənə bilirlər. Bu baxımdan onların arasında çox cüzi fərqlər var.

Must
Must (“-malı”,”- məli”)öhdəlik bildirir. Cümlədə “must” işləndiyi zaman cümləni söyləyən şəxsin  öz iradəsini  ortaya qoyduğu və öz istəyini və şəxsi fikrini dilə gətirdiyi başa düşülür. Yəni öhdəlik cümləni söyləyən şəxsin özündən qaynaqlanır.
Məsələn:
  • I must clean my room.Otağımı təmizləməliyəm.
Bu cümlədə otağın təmizlənməsi öhdəliyindən bəhs edilir və bu öhdəlik cümləni söyləyən şəxsin öz seçimidir.
  • You must study English at least 15 minutes a day.Gündə ən az 15 dəqiqə İngilis dili üzrə çalışmalısan.
Bu cümlədəki öhdəlik də cümləni söyləyən şəxs tərəfindən önə sürülür.
“Must” modalının keçmiş zaman forması olmadığından, keçmiş zamandakı öhdəliyi bildirmək üçün “have to “ yarım-modalının keçmiş zaman forması -“had to” işlədilir.
“Must” modalı indiki bitmiş zamanda işləndikdə keçmişlə bağlı yəqinlik, inkarda işləndikdə isə qadağa bildirir.
  • He must have come. – O yəqin ki, gəlib.
  • You mustn’t smoke here.Burda siqaret çəkməli deyilsən (olmaz).
Have to
Have to məcburiyyət bildirir. Cümlədə “have to” işləndikdə cümləni söyləyən şəxslə heç bir əlaqəsi olmayan, kənar faktorlardan – şərtlərdən, vəziyyətdən, qanun və qaydalardan -  qaynaqlanan bir məcburiyyətdən bəhs edildiyi aydın olur.
Məsələn:
  • You have to stop when the traffic light is red.İşıqfor qırmızı olduqda siz dayanmağa məcbursuz.
Bu cümlədə vurğulanan məcburiyyətin cümləni söyləyənlə bir əlaqəsi yoxdur. Burda yol hərəkət qaydasından, danışanın iradəsi xaricində yaranmış bir qaydadan bəhs edilir.
  • My grandfather is too old. He has to walk with a stick.Babam çox yaşlıdır. O əsa ilə gəzmək məcburiyyətindədir.
Bu cümlədə də göründüyü kimi, şərtlərdən qaynaqlanan bir məcburiyyətdən bəhs edilir.
Have to bütün zamanlarda işlənir
  • It will be very cold tomorrow. We will have to wear a coat. – Sabah çox soyuq olacaq. Biz palto geyməli olacağıq.
  • I missed the bus this morning so I had to go to school by a taxi. – Bu səhər avtobusa çatmadım, odur ki, məktəbə taksi ilə getməli oldum.
-- Bəzən elə cümlələr olur ki, orda kənar faktlardan qaynaqlanan məcburiyyət ifadə edilmiş olsa da, “have to” yerinə “must” işlənir. Bu, o vaxt baş verir ki, cümləni söyləyən şəxs bu məcburiyyətin qaynaqlandığı qanun və qaydaları mənimsəyir və dəstəkləyir.
Məsələn:
  • You have to stop when the traffic light is red
Bu cümləni söyləyən şəxs sadəcə yol hərəkətində əməl edilməli olan bir qaydadan bəhs edir.
  • You must stop when the traffic light is red
Bu cümləni söyləyən şəxs isə əməl edilməli olan bu qaydanı bəyəndiyini və dəstəklədiyini bildirir.

-- Bəzi hallarda cümlədə ifadə olunan məcburiyyətin yerinə yetirilməsi çox təcili olur.Bu cür hallarda məcburiyyətin nədən qaynaqlandığına baxmadan must işlənir.
  • I must finish this article till tomorrow morning.Bu məqaləni sabah səhərədək bitirməliyəm\bitirmək məcburiyyətindəyəm.
-- Bəzən danışanın özünün işləm və yaşam tərzinin tərkib hissəsi kimi alışqanlıq halına gələn öhdəlikləri olur. Bunlardan bəhs edərkən (xüsusilə də 1-ci şəxsin həm təkində, həm də cəmində) “have to” işlənir.
  • I have to pick up my children from the school at a quarter to six every evening on week days.Həftəarası hər axşam saat altıya 15 dəqidə qalmış uşaqları məktəbdən almalıyam.

Qeyd: məcburiyyətin nədən qaynaqlandığını ayırd edə bilmədiyiniz hallarda “have to” işlədin.


Modal Verbs səhifəsinə geri dön

Saturday, 26 July 2014

Modal verbs – Modal feillər

                                             
Modal feillər - əsas feillə birləşərək müəyyən bir hal bildirən bir qrup köməkçi feillərdir.  Dilçilərin böyük əksəriyyəti ingilis dilində 10 əsas modal feil olması qənaətində birləşirlər. Bunlar aşağıdakılardır:
  • can
  • could
  •  may
  • might
  • shall
  • should
  • will
  • would
  • must
  • ought
Have, need, had betterbe feilinin invariantı kimi digər feillər də zaman-zaman modal və ya yarım-modal kimi işlənə bilirlər.
Digər köməkçi feillərdən fərqli olaraq, modal feillərin məsdər forması və  -s, - ing, -en kimi sonluqları olmur. Modal feillər (-ought,  -have yarım-modalı və -be able invariantından savayı) özlərindən sonra gələn əsas feil üçün –to məsdər hissəciyi tələb etmir.
Modal feillər ingilis dilində əsasən aşağıdakı halları bildirmək üçün işlədilir:
Bu siyahıdan hər bir bəndi növbə ilə klikləməklə modallarla daha ətraflı tanış ola bilərsiniz.


Ads 468x60px

Social Icons

Featured Posts